Rza Zərraba 3 nəfər hücum etdi

18-09-2014, 12:29   
Rza Zərraba 3 nəfər hücum etdiMəhəllə sakinləri Zərrabın məhəlləyə qız dalınca gəldiyini hesab ediblər
Biznesmen Rza Zərrab qara plyonkalı avtomobili ilə İstinyədə küçədən keçərkən 3 məhəllə sakininin hücumuna məruz qalıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, qapını aça bilməyən hücumçular avtomobilin şüşələrini yumruqlamağa başlayıblar.

Məlumata görə, məhəllə sakinləri qara şüşəli “Mercedes”in məhəlləyə qız dalınca gəldiyini hesab ediblər.

Rza Zərrabın arxa oturacaqda oturduğu avtomobilin sürücüsü maşını sürətlə hadisə yerindən uzaqlaşdırıb.

Polis bölməsinə gedən Zərrab baş verənlərə görə şikayətçi olub və hadisəni törədən 3 nəfər polis tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər avtomobildəkinin Rza Zərrab olduğunu bilmədiklərini, maşının şüşələrinin qara olduğunu deyərək səhv anlaşılma olduğunu bildiriblər. Zərrab isə həmin 3 nəfərdən şikayətçi olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.