İŞİD Roma Papasını Türkiyədə öldürə bilər

18-09-2014, 14:54   
İngiltərədə nəşr olunan “The Daily Telegraph” qəzeti İŞİD-in Roma Papasına sui-qəsdini hansısa müsəlman ölkəsində həyata keçirəcəyinə dair məlumat yayıb
İnterpress.az xəbər verir ki, məlumatda Roma Papasının Türkiyədə öldürülə biləcəyi ehtimal olunur. Qəzet İraqın Vatikandakı səfiri Həbib Əl-Sədrinin xəbərdarlığına yer ayıraraq Papanın noyabr ayında Türkiyəyə səfərinə diqqəti çəkib. Səfirin fikrincə, İŞİD sui-qəsdi məhz Türkiyədə gerçəkləşdirə bilər.

Diplomatik mənbələrin məlumatına görə, Roma Papasının səfəri noyabrın 28-də başlayacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.