Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Elmi-Tədqiqat Pediatriya İnstitutunda nə baş verir? - Nazirlik iki məşhur uzmana istefa ərizəsi yazdırıb

1-03-2023, 18:46   



Xəbər verildiyi kimi, bu gün Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən Lətif Zeyniyev Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Bu tıəyinata qədər isə tibb müəssisəsinin baş həkimi AzərMəmmədov və direktoru Allahverdi Musayev işdən çıxarılıb.

“AzPolitika.info”ya daxil olan məlumata görə, onları nazirliyə çağıraraq ərzilərini yazmaları istənilib.

Qeyd edək ki, son iki il ərzində Elmi-Tədqiqat Pediatriya İnstitutunda ciddi islahatlar həyata keçirildiyi bildirilir.

Uzman doktor Azər Məmmədov işdən ayrıldığını dünən “facebook” səhifəsindən paylaşıb: “Bu gün, iki ildən çoxdur çalışdığım Elmi Tədqiqat Pediatriya İnstitutundakı işimdən istefa ərizəmi təqdim etdim. Təvazökarlıqdan uzaq olsa da bu qısa müddətdə hər şeydən öncə vicdanla, dürüstcə üzərimə götürdüyüm məsuliyyətin öhdəsindən gəldiyimi və Azərbaycan Pediatriya sahəsində ölkə üzrə uşaq ölümlərinin və əlilliyin sayının azalmasında, modern müalicə protokollarının tətbiqində, saysız təşkil etdiyimiz təlim və konfranslarla həkimlərin bilik və bacarığının artırılmasında ciddi bir dönüşə nail olduğumuzu düşünürəm. Təbii ki, bu bir komanda işidir ve əminəm ki, artıq o güclü komanda bundan sonra da bu işi davam etdirəcək...”.

Səhiyyə Nazirliyindən Elmi-Tədqiqat Pediatriya İnstitutunda həyata keçirilən kar dəyişikliklərinin səbəbi barədə öyrənmək mümkün olmadı. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi demək olar ki, fəaliyyətsizdir, jurnalistlərin bu qurumdan hər hansı informasiya əldə etməsi müşkül məsələdir.

Rasim

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar