Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Suraxanıda şəhid bulağı adı ilə tikinti aparıldı, icra başçısı işə qarışdı - FAKT

29-03-2023, 09:17   







Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB massivində yaşayış binasının qarşısında özbaşına tikinti həyata keçirilib. Bina sakinlərinin sözlərinə görə, üzüm, əncir ağaclarını kəsərək yerində qanunsuz tikintiyə cəhd göstərilib. Nəticədə binanın önü hasarlanıb, oksigenin qarşısı kəsilib. Sakinlər bir araya gələrək bununla bağlı narazılıq bildiriblər. Onlar mənzillərə hava gəlmədiyini, gün düşmədiyini qeyd ediblər. Ümumiyyətlə, tikintinin hansı məqsədlə və kim tərəfindən aparıldığı da bildirilməyib, inşa işlərinə icazə sənədi belə təqdim olunmayıb. Sakinlər narazılıq ediblər ki, ərazinin hasarlanıb tikintiyə başlanması binanı qaranlığa qərq etməkdədir və əgər sona qədər davam etdirilsə, onların mənzilləri gün işığına həsrət qalacaq. Bundan sonra sakinlər Suraxanı rayon icra hakimiyyətinə, onun başçısı Əziz Əzizova, prezidentə və Bakı meriyasına mətbuat vasitəsi ilə müraciət ediblər, qanunsuz tikintiyə son qoyulmasını bildiriblər. Onların müraciətinə çox keçmədən Suraxanı İH başçısı Əziz Əzizov reaksiya verib. Rayon rəhbəri sözügedən əraziyə gəlib, narazı sakinlərlə görüşüb, onların şikayətini dinləyib. İcra başçısı onların diqqətinə çatdırıb ki, buradakı tikinti özbaşına aparılıb, heç bir icazəsi yoxdur, Suraxanı İH hər hansısa sərəncam verməyib. Ə.Əzizov şikayətçilərə onu da söyləyib ki, tikinti işləri şəhid bulağı adı ilə aparılıb, şəhid atası qabağa verilib və şəhid adından sui-istifadə edilib. Yəni şəhid bulağı tikilməsi nəzərdə tutulmayıb, bu addan istifadə edilib. Ona görə məsələ araşdırılıb və dərhal aydınlaşdırılıb, qanunsuz tikintiyə cəhdin qarşısı alınıb. İcra başçısı məsələnin onun nəzarətində olduğunu sakinlərin diqqətinə çatdırıb. Bina camaatı yerli rəhbərliyin bu özbaşınalığa operativ reaksiyasına görə razı qalıblar və belə bir neqativ təkrar olunmayacağına ümid ediblər.

AnaXeber.info


Azər Talıbov 


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar