Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rüstəm Usubov "Tərtər işi"ni və Sadıkovu necə müdafiə edib? - Bir jurnalistə təhdidin ifşa detalları...

30-03-2023, 08:42   






...Oğru elə bağırır ki, doğrunun bağrı yarılır - bu, sabiq baş prokurorun keçmiş müavini Rüstəm Usubovun alnına yazılacaq zərbi məsəldir. Azərbaycan istintaq və prokurorluq orqanlarının ən odioz fiqurlarından olan, Baş Prokurorluğun Akif Çovdarovuna bənzəyən Rüstəm Usubov indi bəlkə də beynəlxalq tribunalda mühakimə ediləcək şəxsdir. Ona görə ki, vaxtilə Anaxeber.az-ın baş redaktoru Azər Talıbovu prokurorluğa çağırıb "Tərtər işi" ilə bağlı yayımlanan materiallarla bağlı hədə-qorxu gələn, təhdid yağdıran, otağında səsini başına atıb həşir qoparan Rüstəm Usubovun indi məlum olur ki, bu cinayətkarın ört-basdır edilməsində, istintaqın yanlış yönəldilməsində, əsl günahkarların azadlıqda gəzməsində əlahiddə rolu olub. Halbuki baş redaktor Azər Talıbovu öz kabinetində o zaman prokurorluğun mətbuat xidməti rəhbəri Eldar Sultanovun gözü qarşısında hədələmiş, həbs edəcəyi ilə qorxutmağa çalışmış, "evində səni gözləyən uşaqların var" deyib təzyiq göstərmişdi, həmin bu Rüstəm Usubov...Demə, oğru da, doğru da özü imiş. Bəli, bu günlərdə işinə itirən Eldar Sultanov da şahiddir ki, onun yanında Rüstəm Usubov "Tərtər işi" üzrə yayılan məlumatların işıqlandırılmasına görə Usubov jurnalisti təhdid etmişdi. Hətta bu proses xeyli davam etdi, A.Talıbov get-gələ salındı, psixoloji təzyiq altında saxlanıldı. Əslində isə Rüstəm Usubovun "fəaliyyəti" şefi Zakir Qaralovla birgə "Tərtər cinayətlərini" bağlamaq, mediada müzakirəsinə son qoymaq, Nəcməddin Sadıkov kimiləri qorumaq olub. Usubov jurnalisti məhz keçmiş qərargah rəisi Sadıkovla bağlı sıxışdırmağa, göz qorxutmağa çalışmışdı. İndi bəlli olur ki, Rüstəm Usubov bunları niyə edirmiş...Demək, Nəcməddin Sadıkov və dəstəsini qorumağa çalışıb, "Tərtər işində günahsız zabitlərin qanını batırıb. O baxımdan Usubov və Qaralov istintaqa cəlb olunmalı, suallar soruşulmalı, bu işin istintaqı zamanı onların məsuliyyəti sorğulanmalı, yol verdikləri məqsədli əməllər üzə çıxarılmalıdır. Bu işdə işgəncə görmüş hərbçilərin istintaqını qeyri-obyektiv aparanlar cəzalanmalıdır. Jurnalisti təhdid edən Usubovun indi hansı yuvanın adamı olduğu bir daha təsdiqlənir. Bir daha sübut edilir və son məlumatlar, məhkəmələrdə üzə çıxan faktlar göstərir ki, sabiq baş prokuror Zakir Qaralov, müavini Rüstəm Usubov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov və Hərbi prokuror Xanlar Vəliyev həmin hadisələrə birgə nəzarət ediblər. Tərtər hadisələrinin başında isə birbaşa Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun durduğu barədə hərbi ekspertlər, hüquq müdafiəçiləri və vəkillər tərəfindən açıqlamalar yayılıb. Usubov da onu müdafiə edib, yolunda həqiqətləri yazan jurnalisti hədələyib. İndi Rüstəm Usubov üçün "əcəl zəngi" çalmağın vaxtıdır, onun elədikləri bir-bir araşdırılmalıdır.
Yeri gəlmişkən, MTN işi üzrə Sahib Ələkbərov deyib ki, əgər onun əməlində cinayət tərkibi varsa, eyni epizod üzrə digər vəzifəli şəxslərə də ittiham elan olunmalı idi: “Mənim əməlimdə cinayət varsa, Mövlam Şıxəliyevə də, Rüstəm Usubova da ittiham verilməli idi".
Sahib Ələkbərov həbsini Rüstəm Usubovun ona qarşı qərəzli münasibəti ilə izah edib: “Özümdə də var, Gününsəsi.info mənim Rüstəm Usubovu dindirmə protokolunu da dərc edib. Sizə də təqdim edəcəyəm. Oradan görünür ki, cinayətkar kimdir, mütəşəkkil cinayətkar quldur dəstəsinin rəhbəri kimdir. Adama məlumat verirlər ki, cinayəti törədən 3 çeçendir. 3-cü mikrorayonda yaşayırlar, 1-ci mərtəbədə sağ qapıdır. Hərəsində də iki tapança var. Rüstəm Usubov həmin an ünvana gedib orada olanları tutub gətirməli idi. Mən onu dindirəndə hədələyib ki, gün gələcək, səni içəri qoyub dindirəcəyəm. Məni 4-5 il ərzində cəhd etdi ki, həbs etsin, lakin sübutlar toplayıb həbs edə bilmədi. Qərəz bax, buradadır.

Eldar Əhmədov Hacı Məmmədovu çağırıb dindirib, dindirməni yarımçıq saxlayıb. Hacı Məmmədov da gedib Zamirə Hacıyevanı oğurlayıb. Hansı hüquqla bu adam mənim barəmdə istintaqa rəhbərlik edib? Rüstəm Usubov CPM-ə istinadən öz-özünə etiraz verməli idi. Çünki mən onu dindirmişdim. Mənim işim üzrə istintaqa rəhbərlik edə bilməzdi. Öz şəxsi maraqları naminə ciddi qanun pozuntularına yol verib. Rüstəm Usubov özü-özünə etiraz etməli idi".
Məhkəmələrdə açıqlanan bu dəhşətli faktlar və ittihamlardan da görünür ki, Usubovun fəaliyyəti nədən ibarət olub. Ona görə vaxtilə vəzifə səlahiyyətindən istifadə edərək jurnalisti təhdid edən sabiq prokuror müavini indi özü istintaqda ifadə verə bilər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar