Türkiyədə zəlzələ

20-09-2014, 10:53   
Türkiyədə zəlzələZəlzələ Ərzincanın Kəmaliyə rayonunda baş verib
Türkiyənin Ərzincan vilayətində zəlzələ meydana gəlib.

ANS PRESS-in məlumatına görə, bu gün səhər saat 05:52-də episentri Ərzincanın Kəmaliyə rayonu Yıldızlı kəndində 4,2 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar Kəmaliyyə rayonunun Şhinler, Baspınar, Akcalı Kutluca kəndlərindən də hiss olunub.

İnsan itkisi və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Ərzincanda 1939-cu ildə 7,8 bal, 1992-ci ildə 6,8 bal gücündə insan itkisi ilə nəticələnən güclü zəlzələlər baş verib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.