Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

81 il sonra Kremlə hücum: Putin nüvə müharibəsi BAŞLAYIR - Zelenskini öldürmək planı işə düşür...

4-05-2023, 09:51   





Sonuncu dəfə Kremlə 1942-ci ildə hücum edilmişdi. Müharibənin ən ağır dönəmində sarayın bombalanması təhlükəsi varıydı. Düz, 81 il sonra iqamətgaha növbəti hücum cəhdi olur. Rusiya dronla zərbə cəhdinin Ukraynanın teraktı adlandırır, Kiyev isə təkzib edir və yalnız ərazilərini müdafiə etdiyini bildirir. Zelenskinin ofisi Moskvanın ittihamını Ukraynaya növbəti hücumlar üçün bəhanə kimi qiymətləndirir. Lakin faktdır ki, Putinin sarayına iki PUA ilə zərbə cəhdi olur, gümbəzdəki bayraq yanır, Rusiyanın ən azı iki şəhərində 9 May paradı ləğv edilir. Putinin köməkçisi Peskov isə dərhal açıqladı ki, Qızıl meydanda paradın ləğvi planlaşdırılmır. Amma belə isterik reaksiyanın verilməsinin özü də suallar doğurur. Anaxeber.info-nun analitik qrupu yazır ki, Kremlə hücumda iki iz görünür: biri təbii ki, Ukraynadır. Uman şəhərində rusların raket terroru 6-də uşaq olmaqla 22 nəfər həlak oldu, Zelenski bunun qisasını almağa cəhd etmiş ola bilər. Çünki Ukrayna prezidenti cavab veriləcəyini anons etmişdi. Eyni zamanda Krım körpüsünün partladılması da ukraynalı diversantların əməliyyatı idi, onda da rəsmi Kiyev indiki kimi təkzib etmişdilər. Həmçinin Rusiyanın Bryansk şəhərinə endirilən zərbələr, oradakı aerodromun vurulması, rusların Belqorod şəhərində hərbi obyektlərin vaxtaşırı atəşə tutulması faktları  sözsüz ki, Kremlə dronla hücumda nəzərləri elə Ukraynaya yönəldir. Bura avrasiyaçılıq ideyalarının təbliğatçısı Aleksandr Duqinin qızı Daryanın maşında partladılması, FSB-nin ayrı-ayrı şəhərlərdə binalarının yandırılmasını əlavə etmək olar. Yəni Ukrayna kəşfiyyatı Putin rejiminə vaxtaşırı solaxay zərbələr endirə bilər.


Lakin Kremlə hücumda  ikinci versiya Rusiya xüsusi xidmət orqanlarının özünün təşkil etməsi ehtimalıdır. Bu hadisə ruslara Kiyevdə prezident binasına zərbə vurmağa bəhanə ola bilər. 22 fevralda desantlar Kiyevə daxil olanda da məqsəd hərbi çevrilişlə Zelenskini devirmək idi. Elə Kremlə dronla olan hücum cəhdinə reaksiya verən Rusiya Təhlükəsizlik Şurasının sədr müavinix eks prezident Dmitri Medvedev yarıayıq, yarısərxoş bağırdı ki, Zelenskini fiziki olaraq aradan götürməkdən başqa yol qalmayıb. Bu, bir ölkənin prezidentinə qarşı başqa bir ölkənin keçmiş prezidenti, indisə Təhlükəsizlik Şurasında vəzifə tutan şəxsdən açıq terror çağırışı, sui-qəsd təhdidi idi. Yeri gəlmişkən, Putinin mətbuat xidməti yaydığı məlumatda Kremlə olan hücumla bağlı bir informasiya verir - xəsarət alan olmayıb, prezident öz qrafiki ilə işini davam etdirir. Bu da şübhələr yaradır ki, hansısa hazırlığa işarə edilib. Yəni qisas əməliyyatı olacaq. Amma bu hadisə daxildə qrupların oyunu, yaxud Putinin öz təlimatı da ola bilər. Amma son vaxtlar Rusiya hərbi rəhbərliyi ilə Vaqnerin şefi Yevgeni Priqojin arasında ixtilaf dərinləşib. Priqojin açıq ittiham edir ki, Ukrayna qalib gələcək, 7 aydır Baxmutu ala bilmirlər, Şoyqu onlara silah vermir. Bu mənada generalların nüfuz savaşının da təzahürü Kremlə dronla hücum ola bilər. Lakin Zelenskinin ofisindən Nikiforov dedi ki, bu hadisə Rusiyanın 9 May hücumlarına hazırlıq üçün zəmindir. Baxaq, Putin Qələbə günü hansı vəhşi müharibə cinayətlərinə "hə" deyəcək. Hətta kiçik nüvə başlığından istifadəsi istisna deyil. Əgər Putinə sui-qəsd cəhdi olubsa, deməli, Moskva üçün yaxşı bəhanə var və nüvə silahı işə düşə bilər. Çünki Putin və onun komandası bildirmişdi ki, nüvə müharibəsi riski var və Rusiya yalnız bir halda nüvə bombası başlığından istifadə edə bilər - ərazilərinə hücum olanda...İndi bu açıqlamanı gerçəkləşdirmək üçün real bəhanə var - Kreml sarayına hücum. Çünki Kremlin rəsmi bəyanatında ehtiyatla bu anons verilib: “Rusiya tərəfi uyğun bildiyi yerdə və uyğun zamanda cavab tədbirləri görmək hüququnu özündə saxlayır”. Vəssalam!

Azər Talıbov
Anaxeber.info
 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar