Bakıda gənc oğlan intihar etdi

23-09-2014, 11:25   
Bakıda gənc oğlan intihar etdiGecə Bakıda 22 yaşlı gənc kirayədə qaldığı evdə həyatına qəsd edib. Hadisə Nərimanov rayonu 40-cı Rezervuar küçəsində qeydə alınıb. Hadisə zamanı Cəlilabad rayonu Günəşli kənd sakini 1992-ci il təvəllüdlü Əliyev Röyal Elbrus oğlu kirayə yaşadığı evdə həyatına qəsd edib.

Qonşuların verdiyi məlumata görə, Röyal Əliyev ailəli olsa da bu ünvanda qardaşı ilə kirayədə qalırmış. Kirayə yaşadığı evin yaxınlığında tikintidə fəhlə işləyən mərhumun ailəsi isə hadisə zamanı Cəlilabad rayonunda olub.

Hadisədən sonra əraziyə Nərimanov rayon polis idarəsinin 17-ci polis bölməsi və rayon prokurorluğunun əməkaşları cəlb olunub. Meyit ekspertizadan keçrilməsi üçün morqa aparılıb.

22 yaşlı Röyal Əliyevin nə səbəbdən canına qəsd etdiyi isə hələlik məlum deyil.

Hadisə ilə bağlı Nərimanov rayon prokurluğunda araşdırma aparılır. Bu araşdırmalarda sonra gəncin canına qıymasının səbəbləri məlum olacaq.(ans)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.