Bu gecə Göyçay rayonunun Qarabaqqal kəndində intihar hadisəsi baş verib.
Axar.az saytına daxil olan məlumata görə, kənd bələdiyyəsinin sədri Mahmud Şıxəliyev evində özünü asıb.
Xatırladaq ki,Qarabaqqal bələdiyəsinə 3 kənd - Qarabaqqal, Çayaxarı və Hacalı kəndləri daxildir.
Axar.az-a daxil olan məlumata görə, bələdiyyə sədrinin qardaşı bir neçə ay əvvəl dələduzluq üstündə həbs edilib. Lakin intiharın səbəbinin nə olduğu barədə hələlik konkret fikir yoxdur. Ölümün səbəbi Göyçay rayon prokurorluğu tərəfindən araşdırılır.