Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

 BAYRAM HOQQASI: Mükafat əvəzinə... AVANS!!! - AXI NİYƏ?..

7-03-2025, 11:56   




"Qarşidan Novruz və Qurban bayramları gəlir... Təbii ki, bizim rəhbərlik hər bayramlarda olduğu kimi biz neftçilərə pul mukafatı deyil, əslində ondan da əziz və ondan da dəyərli olan - öz əmək haqqımızdan özümüzə AVANS verəcək..." "DİA-AZ" xəbər verir ki, bu ifadələri SOCAR əməkdaşı Rac Kərimovun Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Bəyəm işçi üçün bundan gözəl nə ola bilər? Biri var sənə maaşdan əlavə minnətlə pul mukafatı verilə, biri də var ki, sənin öz halal pulunu özünə verələr?! Əmək Məcəlləsinin 172-ci maddəsində əmək haqqinin ayda iki dəfə verilməsi nəzərdə tutulmasina baxmayaraq yenə də bayramlarda bu AVANS ideyasını kim fikirləşib kəşf edib, tədbiq edibsə və mən deyərdim SOCAR tarixində öz möhtəşəm kəşfi ilə biz neftçiləri hədsiz dərəcədə "xoşbəxt" edibsə... təklif edirəm həmin şəxsin müəyyən olunub adı açıqlansın və təntənəli surətdə biz neftçilərə təqdim olunsun ki, biz öz xilaskarımızı tanıyaq.
Bundan əlavə.... elə bilirəm həmkarlarım da mənimlə razılaşar, biz istəyərdik ki, dünya iqtisadiyyatina verdiyi misilsiz bu töhfəsinə görə bu kəşfi edənin adı Nobel mukafatı laureatlığına təqdim olunsun. Ancaq bu yolla bizlər onun xəcalətindən çıxa bilərik məncə, başqa hec cür alınmayacaq çünki...
Sonda onu da qeyd edim ki, indiki müasir zamanda heç 3 yaşlı uşağın başını konfetlə aldatmaq mümkün olmadığı bir dönəmdə, əhsən o dahi şəxsə ki, yaşı 18-dən 65-ə qədər olan yaşlı-başlı əjdaha neftçi ordusunun başını AVANS ilə aldadır..."

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar