Müğənni Elariz Məmmədoğlu saçlarının tökülmə səbəbini açıqlayıb.
,“Bizim gün” verilişində qonaq olan sənətçi bunun soyuq hava ilə əlaqəli olduğunu deyib:
“19 yaşımda əsgərliyimi Murmanskda keçirdim. Orada o qədər soyuq olurdu ki, bizə verilən kartoflar belə buz bağlayırdı. Göyərti yetişmirdi. Oksigen çatışmazlığından və vitaminsizlikdən saçlarım töküldü. 20 yaşım olanda isə əməlli-başlı keçəl idim. Bakıya qayıdandan sonra həkimə getdim, müalicə aldım, amma xeyri olmadı”.