SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov Rusiya Prezidenti Vladimir Putinin Qərbin çağrışlarına qulaq asmalı olduğunu bildirib.
Axar.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Qorbaçov Qərblə birlikdə gərginliyin azaldılması istiqamətində tərəfdaşlıq etməyin lazım olduğunu qeyd edib.
Sanksiyaların azaldılması istiqamətində addımlar atılmasının vacibliyini vurğulayan Qorbaçov qarşılıqlı fəaliyyət çərçivəsində müharibənin nəticələrinin aradan qaldırılmasında Ukraynaya yardım edilə biləcəyini deyib.