İran-ABŞ arasında Bakıda gizli danışıqlar aparıla bilər.
bu barədə məlumatı "Tayms" (“The Times”) qəzeti yayımlayıb.
İranın Ümumdünya Ticarət Mərkəzinin rəhbəri Məhəmməd Rza isə Tehran-Vaşinqton arasında Bakıda gizli danışıqlar aparılacağı xəbərini təkzib edib.
Yayılan məlumatda İranda ABŞ-ın ticarət nümayəndəliyinin açılmasının əsas müzakirə predmeti təşkil etdiyi qeyd edilir. Əgər tərəflər İranın nüvə proqramı üzrə sazişə nail olacaqlarsa, iqtisadi sanksiyalar aradan qaldırılacaq. Həmçinin, diplomatik əlaqələrin bərpası nəzərdə tutulur. Danışıqların növbəti raundunun bu həftə Bakıya təyin olunduğu vurğulanır.
Gizli danışıqların ABŞ-ın Azərbaycandakı səfirliyində aparılması nəzərdə tutulduğu bildirilir.