Erməni deputat Levon Zurabyan səmimi şəkildə etiraf etdi
Region Ermənistanın "Dağlıq Qarabağ" respublikasını tanıması ölkə üçün təhlükəli prespektiv vəd edir.
bunu Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın separatçı Dağlıq Qarabağ rejimini tanıması vaxtından əvvəl atılmış addım olardı:
"Belə addım Ermənistanın danışıqlardan birtərəfli çıxması danışıqların pozulması demək olacaq: Bu, Ermənistanın təcrid olunmasına gətirib çıxaracaq və hərbi münaqişənin yenidən aktivləşməsi təhlükəsini artıracaq".