Rok-qrupun solistini mikrafondakı "tok" vurdu
Şou-Biz Argentinanın "Krebs" rok-qrupunun solisti Auqustin Briolini səhnədə çıxış edərkən ölüb.
müğənninin dünyasını dəyişməsinə səbəb elektrik vurması olub.
Mikrafondakı naqilin düzgün birləşdirilməsi faciə ilə nəticələnib. Ölüm səbəbi ürəyin dayanması göstərilib.
21 yaşlı Briolininin sonuncu çıxışı etdiyi konsert İspaniyanın Kordoba şəhərində olub. Sözügedən konsert proqramı "Villa Carlos Paz" festivalı çərçivəsində təşkil edilib.
"XXI əsrdə yaşayırıq, amma mikrafonun səhv quraşdırılması hələ də insan ölümünə səbbə olur. Bu sadəcə inanılmazdır!" - deyə, musiqiçi Piko Moyyano təəssüfünü bildirib.
Auqustin Briolininin çıxış etdiyi "Krebs" qrupu təzəliklə debüt albom buraxmışdı. Qrup uğura doğru gedirdi. Hər konsertdən sonra qrupun pərəstişkarlarının sayı artırdı. Ölümündən qısa müddət əvvəl Briolini müsahibəsində musiqiinin onun üçün hava qədər önəmli olduğunu söyləmişdi.