Hüseyn Abdullayevdən sərt açıqlama

1-12-2014, 11:48   
Hüseyn Abdullayevdən sərt açıqlamaKeçmiş deputat İlham Əliyevə və çevrəsinə xəbərdarlıq yolladı



Keçmiş deputat, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev yeni müraciət yayıb. Onun facebook səhifəsində yaydığı müraciəti təqdim edirik:



“Dəyərli bacı-qardaşlarım və çox hörmət bəslədiyim ağsaqqal, ağbirçəklərim!

Yəqin razı olarsınız ki, öz mənliyinə və şərəfinə önəm vərən hər bir insan, heç zaman yaşlı qadından intiqam almaz və yaxud, yaşlı bir ananı girov kimi saxlayaraq öz opponentinə acıq verməz. Şəxsən mən belə bir alçaqlığa əl atsaydım, anam öz südünü halal etməz və əminəm ki, buna qarşı kəskin şəkildə
mənə etirazını bildirərdi. Çünki anamı tanıyanlar bilirlər ki, o necə sülhsevər və hər hansı zorakılığa qarşı çıxan insandır.

Onu da xüsusilə qeyd edirəm ki, mənim də anam hər bir ana kimi öz oğluna candan yaxın və heç şübhəsiz, övladı üçün fikirləşmədən həyatını qurban verməyə hazır olan birisidir.




Amma dərin ikrah hissi ilə deməliyəm ki, yuxarıda sadaladığım dəyərlər sadist və bütün məsuliyyət hissini itirmiş İlham Əliyev üçün tamamilə əhəmiyyətsiz bir anlayışa çevrilmişdir. Belə ki, artıq bir neçə gündür bu avtoritar rejimi təmsil edənlər heç bir səbəb göstərmədən anamın Almanıyaya gelib məni görməsinə mane olur. Bunun adı acizlikdir, qorxaqlıqdır və əlbəttə ki, insanlıq duyğularını tamamilə itirməkdir.

Eziz dostlar, heç problem yoxtur, qoymurlar qoymasınlar. Onsuz da yaşlı olan anam neçə vaxdır yorulub bu uzaq yolları gedib-gəlməkdən. Və mən də hesab edirəm ki, hələlik gəlməsin və qalsın öz vətənimizdə. Amma mən buradan İlham Əliyevə, Ramiz Mehdiyevə və o avantürist psevdobəstəkar Kamala bəyan edirəm ki, əgər mənim anamın, ya da başqa bir ailə üzvlərimin başından bir tük əskik olsa, bunun bütün məsuliyyətini onların ailə üzvləri daşıyacaq. Eyni zamanda onları əmin edirəm ki, Hüseyn Abdullayev nə qədər öz xalqına ürekten bağlıdır, o qədər də haqsızlığa və despotizmə qarşı mubarizəsini aparacaq.

Son olaraq İlham Əliyevə məsləhət görərdim ki, mətbuatdakı bəzi ucuz adamları əi ilə mənim keçmişimə qara yaxmağa çalışmasın. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, Hüseyn Abdullayev dövlət müstəqilliyimizin qurulmasında misilsiz xidmət göstərəndə İlham Əliyev kimiləri Las Veqas və Monte Karlonun kazinolarında qumar oynamaqla məşğul idi”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.