Global Research: "Putin "soyuq müharibə"dən qalib çıxır"
Vladimir Putinin uzaqgörən siyasəti nəticəsində Rusiya yeni "soyuq müharibə"dən qalib kimi çıxır.
bu barədə Global Research nəşri yazıb.
Qəzetin yazdığına görə, Putin Qərbi məğlub etmək üçün iki vacib strateji qəraqr verib.
Birincisi, Rusiya Ukrayna münaqişəsi zamanı birbaşa ordudan istifadə etməkdən imtina etdi. Bu isə rəsmi Vaşinqqtonu məyus etdi. Çünki ABŞ istəyirdi ki, Rusiyanı Avropada yeni regional münaqişəyə cəlb etsin.
İkincisi, Putin asimmetrik cavab strategiyasından istifadə edir. Putin cüdoçudur. Ona görə də Rusiya prezidenti döyüş fəlsəfəsindən dövlətlərarası mübarizədə mükəmməl şəkildə istifadə edir. O, rəqibin gücündən onun özünə qarşı istifadə etməyi gözəl bacarır. Ona görə də ABŞ və Qərb Rusiya üçün qurduqları tələyə özləri düşdülər.