Putin Krımı almaqla Rusiyanı itirdi...

2-12-2014, 10:44   
Rusiyada prezidentin nüfuzu təkcə son bir ayda 35 faiz aşağı düşüb

Rusiya prezidenti Vladimir Putinin reytinqi son bir ayda kəskin düşüb. Bu barədə Rusiyanın “Levada-Tsentr” adlı tədqiqat mərkəzinin sosioloqları bildiriblər.

Mərkəzdən verilən məlumata görə, noyabrda rəyi soruşulanların cəmi 53 faizi Vladimir Putinə səs verəcəyini bildirib. Bir ay əvvəl isə bu rəqəm 88 faiz idi.

Mərkəzin direktor müavini Aleksey Qrajdankin bildirib ki, noyabr ayında müşahidə edilmiş geriləmə Ukraynanın cənub-şərqində baş verən gərginləşmə ilə bağlıdır.


Politoloq Vəfa Quluzadə də deyir ki, Putin artıq uçurum yolunu seçib və bu yoldan geriyə dönüş yoxdur. Politoloqun sözlərinə görə, sanksiyaların güclənməsi, rublun məzənnəsinin düşməsi Rusiyanı getdikcə daha çox böhrana sürükləyir: “Putin Türkiyəyə gedərək Ərdoğana deyir ki, bütün Rusiya bazarını sizə verirəm, gəlin, istifadə edin. Məsələ ondan ibarətdir ki, Türkiyə Avropanı əvəz edə bilməz. Türkiyə bütün mallarını Rusiyaya töksə də, rublun məzənnədən düşməsi ölkə əhalisinin alıcılıq qabiliyyətini azaldır. Bu dəqiqə əsas məsələ rublun, neftin qiymətdən düşməsidir. Ona görə də Rusiyada vəziyyət dramatikləşib, əhalinin etiraz aksiyalarına başlaması labüddür. Əhali başa düşür ki, Krımın alınması onlara baha başa gəlir”.

Vəfa Quluzadə deyir ki, faktiki Putin Krımı almaqla Rusiyanı itirdi. Politoloqun sözlərinə görə, Putinin hazırda kənarında olduğu uçurumdan geri dönüşü yalnız istefa verməkdir: “Qərb Rusiyadan qorxmur və Rusiyanın qarşısından çəkilməyəcək. Qərb sanksiyalarını sonadək davam etdirəcək. Putin buna dözə biləcəkmi? Bütün məsələ bundadır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.