"Rusiya Prezidenti Vladimir Putin yalnız yeni Stalinə çevriləcəyi təqdirdə hakimiyyətdə qalacaq".
Axar.az xəbər verir ki, bu fikirlə ABŞ-ın "Amerikan interest" ("The American İnterest") qəzeti çıxış edib.
Qəzet Putinin Stalinin yürütdüyü siyasəti aparmasının mümkünsüz olduğunu hesab edir. Belə ki, Putinin diktator xarakterində olmadığı, ölkədə təbliğ edilən ideyanın kommunizmdən çox uzaq olduğu vurğulanır.
Məqalədə qeyd edilir ki, Rusiyanın düşmənlərinə qarşı dirənməsi üçün etibarlı cəza maşını və bağlı cəmiyyət lazımdır.