“Əgər Medvedyev yerində belə saymağa davam edərsə, Putin onunla sağollaşmaq məcburiyyətində qalacaq”.
bu haqda politoloq Elxan Şahinoğlu öz fikirlərini bölüşüb.
E.Şahinoğlu Rusiya dövlət başçısının Federasiya Şurası üzvləri qarşısındakı çıxışını belə şərh edib:
“Rusiya Prezidenti Vladimir Putinin çıxışını dinlədim. Gəldiyim birinci nəticə budur ki, yaxınlarda Kremlin Qərblə münasibətlərinin normallaşması gözlənilmir. Putin Ukrayna, Krım və Qərblə münasibətlər mövzusunda yeni heç nə demədi, sadəcə, son aylar söylədiklərini bir daha təkrarladı, mürəkkəb vəziyyətdən çıxış yolu göstərmədi. Putin çıxışında Rusiyanı ağır iqtisadi böhrandan necə çıxaracağını, ölkəni enerji asılılığından necə qurtaracağını da söyləmədi. Çünki hazır resepti yoxdur. Əksinə, Rusiya prezidentinin çıxışından aydın oldu ki, o iqtisadi vəziyyətdən narazıdır və dolayısıyla buna görə məsuliyyəti tərəfdarı Baş nazir Medvedyevin üzərinə qoyur. Hətta belə başa düşdüm ki, Medvedyev yerində saymaqda davam etsə, Putin onun sağollaşmaq məcburiyyətində qalacaq. Bütün hallarda məsuliyyət Putinin üzərindədir və onun vaxtı azalır. Kreml sahibi sanksiyalarla üzləşən Rusiyanı böhrandan çıxarmaq yollarını tapmasa, vəziyyəti çətin olacaq”.