Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modinin dəvəti ilə bu ölkəyə səfər edəcək.
dekabrın 11-də reallaşacaq səfər çərçivəsində nüvə əməkdaşlığının genişləndirliməsi, qarşılıqlı ticarət dövriyyəsi və investisiya, o cümlədən yüksək texnologiya sahəsində qarşılıqlı münasibətlərin artırılması müzakirə olunacaq.
Səfər zamanı Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BMT, BRİCS təşkilatlarda iki ölkə arasında əlaqələrin dərinləşməsi ilə bağlı müzakirələr keçiriləcək.
Görüş çərçivəsində birgə bəyanatın qəbul edilməsi və bir sıra ikitərəfli müqavilələrin imzalanması gözlənilir.