KXCP Milli Şuradan getdi

4-05-2014, 03:28   
KXCP Milli Şuradan getdi
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Milli Şuradan istefa verib.
Bu barədə qərarı qurumun sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu açıqlayıb.

Milli Şuraya yeni üzvlərin qəbulu ilə bağlı məsələnin müzakirəsi zamanı M.Mirəlioğlu AXCP üzvlərinin Milli Şuranın üzvlüyünə daxil olunmasına etirazını bildirib və partiya olaraq qurumdan istefa verdiklərini bəyan edib. O, partiyasının qərargahının bundan sonra da Milli Şuranın üzünə açıq olacağını deyib.

AXCP sədri Ə.Kərimli isə deyib ki, üzvlüyə təklif etdiyi adamlar onsuz da Milli Şuranın işində fəal iştirak ediblər: “Lazım gələrsə, mən onların bəzilərinin namizədliyini geri götürə bilərəm”.

AXCP sədri Ə.Kərimli isə deyib ki, üzvlüyə təklif etdiyi adamlar onsuz da Milli Şuranın işində fəal iştirak ediblər: “Lazım gələrsə, mən onların bəzilərinin namizədliyini geri götürə bilərəm. Partiyanın Rəyasət Heyətinin üzvü Məhəmməd Talıblının namizədliyini geri çəkirəm. Məhəmməd bəy partiya rəhbərliyində təmsil olunur. Qənimət Zahidin namizədliyini geri götürə bilərik. Bizim burada heç bir şəxsi, qrup marağımız yoxdur. İndi doğrudanmı KXCP-nin buradan çıxmasına səbəb yeni üzvlərin qəbul edilməsidir? Əgər səbəb budursa, yeni üzvlərin qəbulu dayandırıla bilər. İstəmirik KXCP Milli Şuradan getsin”.

C.Həsənli isə deyib ki, quruma yeni üzvlərin qəbulu məsələsi Koordinasiya Mərkəzində müzakirə olunub və hər şey razılaşdırılıb: “Əgər məsələni müzakirə edən zaman Mirmahmud Mirəlioğlu etiraz etsəydi, onda biz anlayardıq”.


Gültəkin Hacıbəyli isə bildirib ki, M.Mirəlioğlu Koordinasiya Mərkəzində yeni üzvlərin qəbulu məsələsinin müzakirəsində iştirak edib və etiraz etməyib: “Qaldı ki, bələdiyyə seçkilərinə, sizin partiya seçkilərdə iştirakla bağlı ayrıca qərar verib. Başqa nədən narazısınız?”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.