Müğənni Röya Ayxan özünü ən çox qazanan müğənni adlandırıb. “Qafqazinfo”nun məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında konserti haqda danışanda deyib:
“Bu konsert çox fərqlidir, əsəbim və pullar gedib. Ən çox qazanan müğənni də mənəm, ən çox pul xərcləyəndə. Mənim evimə girib “bu qədər pul lazımdır” desən, mən onu tapıb verə bilməyəcəm. Qazandığımın hamısı sənətimə gedir. Məhəbbət Kazımovun “Laçınım” mahnısını oxudum. Hamı deyir ki, mən oxuya bilmərəm. Mahnının tərzinə uyğun oxuya bilərsən. Qardaşım İsmayıl da incəsənətlə məşğuldur, lakin bunu istəmirəm, qardaşımla bağlı arzularım başqadır. Qazanıb onları 4 yaşından başqa ölkədə təhsil aldıran bacı, qadın, ana olaraq istəyərəm ki, başqa işlə məşğul olsun”.