"Siz hələ də bir-birinizə aşiqsiz, yenidən evlənin”
Məşhur türkiyəli sənətçi Hülya Avşar ilə keçmiş həyat yoldaşı, iş adamı Kaya Çilingiroğlunun yenidən evlənməsi ilə bağlı şayiələr yayılıb, buna Hülya Avşar ilə Kaya Çilingiroğlunun tez-tez görüşməsi səbəb olub.
Həyat yoldaşı Feraye Tanyolaçdan ayrıldıqdan sonra Hülya Avşar ilə daha çox görüşməyə başlayan Kaya Çilingiroğluna “Siz hələ də bir-birinizə aşiqsiz, yenidən evlənin” deyə mesajları gəlməyə belə başlayıb.
Qeyd edək ki, bu yaxınlarda Hülya Avşar yeni verilişinə ilk qonaq qismində Kaya Çilingiroğlunu dəvət edib və ona şəxsi həyatı ilə bağlı maraqlı suallar verib.
Verlişdə əvvəllər ailəli olan cütlüyün keçmiş günlərdən bəhs etməsi hamının marağına səbəb olub.
Son zamanlar daha çox görüşən Hülya və Kaya Çilingiroğlu qızları Zəhranın valideyin toplantısı üçün yenidən bir araya gəliblər.