Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs keçirdiyi son əməliyyatdan sonra danışıq qabiliyyətini itirib. Bu barədə Trend Türkiyənin "Haber7" portalına istinadən məlumat verir.
Məlumata əsasən, bu açıqlamanı müğənninin həyat yoldaşı Ayşəgül Yıldız verib.
O da qeyd olunur ki, Tatlısəsin danışıq qabiliyyətinin itməsi ilə bağlı əməliyyat aparan həkimdən 50 min lirəlik təzminat tələb olunub.
Qeyd edək ki, Tatlısəs 2011-ci il martın 14-də silahlı hücuma məruz qalmışdı. Müğənni həyatına sui-qəsd zamanı başından ağır güllə yarası almış, assistenti isə çiynindən vurulmuşdu.
Keçən il mart ayında Tatlısısə qarşı sui-qəsdin sifarişçisi Abdullah Uçmaka 35 il 6 ay həbs cəzası verilib. Müğənnini güllələyən Ersin Altun isə 28 il azadlıqdan məhrum edilib.