Keçən il Rusiya sərhədlərini xarici ölkələrin heç bir təyyarəsi və vertolyotu pozmayıb. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin nümayəndəsi polkovnik İqor Klimov çıxış edib. Qeyd edək ki, bundan öncə rus hərbi qırıcı və borbardmançı təyyarələrinin NATO ölkələrinin hava məkanını pozması halları müşahidə edilmişdi. Hava sərhədi pozulan ölkələr sırasında Danimarka, Norveç, Estoniya, Latviya, Litvanın adların qeydə alınmışdı.