Safura nazir oğlu üçün oxudu - YENİ FOTOLAR

4-01-2015, 16:32   

Ailə qurduqdan sonra mətbuatdan uzaq düşən “Eurovision-2010” təmsilçisi Safura Əliyevanın ailəsində daha bir sevincli anlar yaşanıb.


Ailem.az tabloid.az-a istinadən xəbər verir ki, sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra səhnə həyatına birdəfəlik son qoyan və özünü bütünlüklə ailəsinə həsr edən S.Əliyeva həyat yoldaşına doğum günündə romantik jest edib.

Belə ki, Safura Əliyeva Fərhad Əliyevin birinci nikahından olan qızı ilə birlikdə həyat yoldaşına “Eurovision-2010” yarışmasındakı “Drip Drop”mahnısını oxuyaraq hədiyyə ediblər.


Qeyd edək ki, Safura Əliyeva ailə qurduqdan sonra Türkiyəyə köçüb orada yaşayır. Bir neçə ay öncə isə oğul anası olub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.