Sizin Reklam Burada

Ermənistanla sərhəddə atışma: erməni əsgər yaralandı - VƏ DAHA BİR PUA VURULDU,+YENİLƏNİB

30-07-2020, 09:49   

Ermənistan ordusu Tovuz rayonu istiqamətində yenidən fəallaşıb və PUA-ları tətbiq etməyə başlayıb. Belə ki, iyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyi xəbər verir ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.
***
Ermənistanın Tavuş bölgəsində müqaviləli hərbi qulluqçu  silahla yaralanıb.
Bu barədə Nerkin Karmragbyur kənd administrasiyasının rəhbəri Levon Arakelyan məlumat verib.
Arakelyanın sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin yaralı əsgəri 39 yaşlı Manvel Karamanyandır.
"Hadisə gecə baş verib, bir əsgər ayağından yaralanıb. Hazırda o Berd xəstəxanasının əməliyyat otağındadır. Hələlik yaranın şiddəti haqqında söz demək tezdir", - kənd administrasiyasının rəhbəri deyib.
Virtualaz.org
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar