Sizin Reklam Burada

Moskva ilə Ankara yenə üz-üzə gəldi: Bu dəfə Qafqazda - Almaniya saytının yazısı

1-08-2020, 11:58   


“Türkiyə Azərbaycanda hərbi təlimlər keçirir. Bu, qonşu Ermənistan və onun qoruyucu gücü olan Rusiya ilə gərginliyi artırır - Moskva ilə Ankara arasında daha bir münaqişə zonası yaranır”. Almaniyanın “tagesschau.de” saytı belə yazır.
Qeyd edək ki, Ermənilərin Tovuz rayonuna hücumundan sonra Ermənistan-Azərbaycan münaqişəsi Qərb mediasının diqqət mərkəzindədir. O cümlədən, Almaniya mediası da bu mövzuya xüsusi diqqət yetirir. Hətta xırda təfərrüatlar belə nəzərdən qaçmır. Məsələn, bugünlərdə bir erməni əsgərinin Azərbaycan tərəfindən açılmış sərrast atəşlə qətlə yetirilməsi belə Almaniya mediasında xəbərə çevrildi.
Karte
“Tagesschau.de” saytı vurğulayır ki, Liviya və Suriyada üz-üzə gələn Rusiya və Türkiyə bu dəfə Cənubi Qafqazda qarşılaşıblar. Sayt bildir ki, Türkiyə birmənalı şəkildə Azərbaycanı müdafiə edir. Bu iki ölkələr arasında “”bir millət, iki dövlət” şüarı çox populyardır. Ancaq bu şüar yalnız Azərbaycana aid deyil, həm də digər türk dövlətlərinə də şamil edilir. Söhbət hansı türk dövlətlərindən gedir? Sayt bu barədə məlumat vermir. Təbii ki, Orta Asiyada yerləşən türk dövlətləri nəzərdə tutulur. Ancaq Qərb mətbuatı Türk Dünyası haqqında son dərəcə xəsisliklə məlumat yayır. Etiraf olunmasa da bu, tabu mövzu sayılır.
Nachitschewan | Bildquelle: Silvia Stöber
Sayt yazır ki, İranla Ermənistanın arasında sıxılıb qalmış Naxçıvan dünyanın yaddan çıxardığı məkanlardan biridir. Burada 400 min nəfər yaşayır. Bu ərazi Avropa ilə Asiyanın sərhədində yerləşir. Son dərəcə strateji bir bölgədir. Türkiyə ilə Naxçıvanın 17 km.lik sərhədi var. Türkiyə Azərbaycana məxsus Naxçıvanda da hərbi təlimlər keçirir.
Almaniya saytı bildirir ki, artıq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər problemin danışıqlar yolu ilə həllinə üstünlük verdiklərini bəyan ediblər. Ancaq Ermənistanla Azərbaycan arasındakı münasibət son dərəcə gərgindir. Rusiya ilə Türkiyə bölgədə mövcud olan bu gərginliyi aradan qaldıra biləcəkmi?
Elbəyi Həsənli, Sürix
https://www.tagesschau.de/ausland/tuerkei-russland-armenien-aserbaidschan-101.html
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar