Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda ikinci dalğa nə vaxt başlayacaq? - “Birinci bitdi ki, ikinci başlasın?” - PROFESSOR

5-08-2020, 16:49   
Azərbaycanda ikinci dalğa nə vaxt başlayacaq? - <span style=color:#ff0000>“Birinci bitdi ki, ikinci başlasın?” - PROFESSOR</span>

-Dünyanın bəzi ölkələrində koronavirusun ikinci dalğası başlayıb. Almaniyada bu dalğa birinciyə nisbətən daha zəifdir.
Bu barədə həkimlər birliyinin təmsilçisi Zuzanne Yon deyib.Rusiyada koronavirusun ikinci dalğası oktyabr-noyabr aylarında olacaq. Bu zaman havanın soyuq və rütubətli olması da təsir göstərəcək. Bunu rusiyalı virusoloq, professor Anatoli Altşteyn deyib.
İsraildə virusdan ikinci dalğada ölüm iki dəfə az olub, əvvəl orada yoluxanların 1,5 faizi ölürdüsə, indi bu rəqəm 0,7 faizdir. Baxmayaraq ki, indiki dalğa yoluxma sayına görə daha güclü olub. Sinqaurda ikinci dalğada 50 min yoluxandan ancaq 24 nəfər dünyasını dəyişib, bu isə 0,5 faiz deməkdir. Yaxın Şərqdə də ölüm faizi 1-dən aşağıdır.
Maraqlıdır, Azərbaycanda ikinci dalğasının nə vaxt başlama ehtimalı var?
Mövzu ilə bağlı Cebhe.info-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla Azərbaycanda birinci dalğanın hələ də sönmədiyini deyib:
“RNT tərkibli viruslar sürətlə mutasiyaya uğradığına görə onun dalğasının zəifləməsi proqnozlaşdırılır. Hər zaman demişəm ki, bu virusun mövcudluğu 8-9 ay ola bilər. Azərbaycanda virusun mövcudluğunu fevraldan götürsək, təxminən payızın sonlarında virus bitəcək. Əslində bu, elmi proqnozdur. Koronavirusun analoqu olan SARS 1 təxminən 6-7 ay çəkdi, bu virus isə 8-9 ay çəkə bilər. Bilirsiniz ki, koronavirus fenotipik olaraq SARS virusuna yaxındır. Ona görə də bunu SARS COV 2 adlandırırlar. O ki qaldı ikinci dalğa məsələsinə, Azərbaycanda birinci dalğa söndü ki, ikinci dalğa başlasın? Ölkədə reinfeksiya getdi. Karantin tətbiq olundu, daha sonra hazırlıqsız və təlimatsız yumşaldılma tədbirləri görüldü. Bu da yeni yoluxmaların başlanğıcı oldu və proses sönmədi. Reinfeksiya baş verdi və hazırda da bu durumu yaşayırıq. Amma Almaniyada birinci dalğa tam söndü, stabilləşdi, daha sonra ikinci dalğa başladı. O ölkədə ikinci dalğanın birinci dalğadakı kimi olacağını düşünmürəm. Hesab edirəm ki, bununla da virus artıq öz məntiqi sonluğuna gəlib çıxacaq. O, ya tamamilə yoxa çıxmalıdır, ya da sakitləşib Sitomeqalavirus və Herbes kimi bədəndə qalmalıdır. Bizdə hər şey Azərbaycansayağı gedir. Hesab edirəm ki, o ölkələrlə özümüzü müqayisə etmək deyil, dərdimizə çarə qılmalıyıq. Yaranmış situasiyada daha optimal və adekvat tədbirlər görməyi bacarmalıyıq”.
Alçina Amilqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar