Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyanın arvadı snayper tüfəngindən Azərbaycan kəndlərinə tərəf atəş açır

12-09-2020, 07:52   


Erməni KİV-ləri Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın və "Qadınlar sülh naminə" təşəbbüs qrupunun üzvlərinin iştirakı ilə işğal olunmuş Dağlıq Qarabağda döyüş hazırlığının video görüntülərini yayıb.
Virtualaz.org bildirir ki, videoda Anna Akopyan digər qadınlarla birlikdə avtomatla hazır vəziyyətdə səngərlərin arasında qaçır. Kameramanlar Anna Akopyanın snayper tüfəngini və Kalaşnikov avtomatını Azərbaycan kəndlərinə doğru nişan alaraq atəş açmasını lentə alıb. Növbəti kadrda Ermənistan Baş nazirinin həyat yoldaşı təlim bombası atır.
Qeyd edək ki, Anna Akopyanın təbliğat hərəkəti paradoksal olaraq, "Qadınlar sülh naminə" hərəkatı çərçivəsində başladılıb.
“Bu, müharibə üçün deyil, məqsədimiz bunu nümayiş etdirməkdir ki, sülhün alternativi yoxdur”, - deyə Ermənistanın birinci xanımı Qarabağda döyüş hazırlığının aparılması barədə istehzalı şəkildə şərh edib.
Lakin Anna Akopyanın hərəkəti əks effekt verib və bir daha dünyaya Ermənistan dövlətinin təcavüzkar militarist mahiyyətini sübut edib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar