Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Döyüşlər Füzuli şəhərinin yaxınlığında gedir - ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNDƏN FOTOFAKT

29-09-2020, 20:40   


Bu gün səhər tezdən Azərbaycan Müdafiə Nazirliyi Qarabağda ölkə Silahlı Qüvvələrinin hərbi əməliyyatının yeni mərhələsi haqqında məlumat yaydı. Məlumatda deyilirdi ki, döyüşlər rayon mərkəzi – Füzuli şəhəri uğrunda gedir.
Virtualaz.org bildirir ki, bir neçə dəqiqə əvvəl Ermənistan Müdafiə Nazirliyi cəbhənin cənub istiqamətində son hərbi toqquşmalardan bəhs edən videogörüntü yayıb.
Əslində Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təsdiqləyib, çünki videokadrlarda şiddətli döyüşlərin Füzuli şəhərinin yaxınlığında getdiyi açıq şəkildə görünür.
Beləliklə, deyə bilərik ki, Azərbaycan qoşunları düşmənin işğal etdiyi əraziyə 27 kilometr dərinlikdə irəliləyib. Bu cür videoları yayan Ermənistan Müdafiə Nazirliyi özünü ifşa etməklə məşğuldur. Bir neçə gün əvvəl Ermənistan mətbuat xidməti kiçik ərazi itkilərindən və işğalçı ordunun uğurlu əks hücumundan danışırdı. Geniş yayılmış video isə Yerevanın əvvəlki açıqlamasını rədd edir. Belə ki, İkinci Qarabağ müharibəsi başlamazdan əvvəl Azərbaycan Ordusunun postları bölgə mərkəzinin özündən 25-27 kilometr aralıda idi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar