Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyan kamera qarşısına keçdi, çığırdı, bağırdı və dedi -

3-10-2020, 19:59   


Ermənistan baş naziri Nikol Paşinyan bu gün Yerevandakı ofisində kamera qarşısına keçib və xalqa müraciət edib. O, olduqca əsəbi, pozuq nitqində “Azərbaycanın və Türkiyənin misli görünmiş hücumu qarşısında olduqlarını” deyib. Bildirib ki, bir erməni postuna 150-dən çox canlı qüvvə hücum edir, onları raketlər və aviasiya dəstəkləyir. Özü də belə hücumlar bəzən gündə bir neçə dəfə olur.
Paşinyan buna baxmayaraq inandırmağa çalışıb ki, erməni ordusu hələ müqavimət imkanını saxlayıb və dünyanın heç yerində görünməyən döyüşlərdə davam gətirir. Bununla belə o, erməni qüvvələrinin çoxsaylı texnikasının sıradan çıxarıldığını, çoxlu canlı qüvvə itirdiyini deyib. Və cəbhənin bəzi istiqamətlərində erməni qoşunlarının vəziyyətinin ağır olduğunu etiraf edib.

“Hazırda şiddətli döyüşlər cəbhənin müxtəlif istiqamətlərində gedir, müəyyən yerlərdə müdafiə ordusu kifayət qədər ağır vəziyyətdədir”,-Paşinyan bildirib.
Bir neçə dəqiqə kamera qarşısında çığırıb-bağıran, bəzən ağlamaq dərəcəsinə gələn Paşinyan çıxışını bitirən kimi qəzəblə otağı tərk edib…
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar