Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyanın Xankəndidə olduğu, hərbçilərlə müşavirə keçirdiyi deyilir

6-10-2020, 16:35   


Ermənistanın baş naziri Nikol Paşinyan təcili şəkildə Dağlıq Qarabağa gəlib.
Bu barədə erməni bloqqerlər sosial şəbəkədə məlumat paylaşıblar. 
Onların yazdığına görə, Paşinyan qondarma "respublika"nın hərbi rəhbərliyi ilə müşavirə keçirib, "DQR" ətrafında yaranmış situasiya müzakirə edilib, Azərbaycan Ordusunun hücumlarının qarşısını necə almaq barədə fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, ötən ayın 27-də erməni təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçib, işğal altında olan 20-yə qədər yaşayış məntəqəmiz düşmən tapdağından azad edilib. 
Bu hadisə Ermənistanda və "DQR"-də şok effekti yaradıb. Hazırda onlar yaranmış situasiyadan çıxış yolları axtarırlar.
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar