Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyədən Azərbaycana, Rusiyaya və Ermənistana ilginc təklif - “GƏLİN HƏR ŞEYİ DÖRDLÜKDƏ MÜZAKİRƏ EDƏK”

14-10-2020, 07:58   


Türkiyə Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə dördtərəfli danışıqlar aparmağı təklif edir.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə televiziyası məlumat yayıb.
"Bir halda ki, Rusiya Ermənistanın tərəfindədir və biz də Türkiyə olaraq Azərbaycanı dəstəkləyirik, gəlin bu problemin həlli yolunu müzakirə etmək üçün dördümüz bir yerdə  görüşək", - deyə Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın Televiziyanın efirində bildirib.
"Minsk qrupu 30 ildən çoxdur ki, bir həll yolu tapa bilmədiyi üçün yeni bir mexanizm tapmağın vaxtı çatıb",- deyə o əlavə edib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar