Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Erməni generalı səngərə enəndə…

4-11-2020, 09:12   

Qarabağ Milli Təhlükəsizlik Xidmətinin direktoru Kamo Ağacanyan general-mayor poqonlarını Norayr Mirzoyana birbaşa döyüş mövqeyində təqdim edib.
Virtualaz.org-un əcnəbi müəllifi Dmitri Roy bildirir ki, erməni təbliğatçıları bununla pafos və döyüş ruhunu qaldırmaq istəyiblər, millətin birliyini göstərmək və generalların qəhrəmanlığına heyranlıq hissi aşılamaq niyyəti güdüblər – baxın, bizdə onlar hətta səngərlərdə otururlar. Ancaq həmişə olduğu kimi bu dəfə də istədikləri alınmayıb, əksinə ortaya xeyli suallar çıxıb.
 
Erməni təbliğat-təşviqat qrupu generalları səngərlərdə qürur hissi ilə təqdim etdi...
Əsrlər boyu bütün ölkələrin silahlı qüvvələri generallar üçün status və davranış qaydaları müəyyənləşdiriblər. Birincisi, həmişə ölçülü şəkildə gəzməlidir. Çünki qaçan general dinc dövrdə mülki insanların gülüşünə, müharibə vaxı isə çaxnaşmaya səbəb olur.
İkincisi, general səngərlərdə olmalıdır, lakin qısa müddətə, yalnız rekonstruksiya aparmaq məqsədi ilə "ərazini şəxsən hiss etmək" üçün. O da həmişə yox, müasir müşahidə vasitələri birbaşa hərbi əməliyyatlarlar meydanından lazım olan mənzərəni almağa imkan verir.
Bütün digər hallarda generalın ön cəbhədəki səngərlərdə şəxsən olması yalnız aşağıdakıları ifadə edir:
- o, kəşfiyyat da daxil olmaqla qərargah xidmətlərinin işini təşkil edə bilmir;
- o, müasir müşahidə vasitələrinə malik deyil və döyüş meydanını piyada tədqiq edir;
- zabit heyəti vurulub, komandirlik etməyə generaldan başqa heç kim yoxdur;
- o, şəxsi heyətin dəyanətliliyinə əmin deyil və bununla qoşunların döyüş ruhunu yüksəltməyə məcburdur.
Müasir döyüşlərdə başqa necə ola bilər ki?! İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalları İraqdakı İslam Dövləti ilə döyüşlər zamanı dəstə halında öldürülərkən, bunun səbəbləri əsasən yuxarıda sadalananlar idi.
Dmitri Roy yazır ki, generalın səngərdə olması qəhrəmanlığın yox, döyüşə bilməməyin və tabeçiliyində olanların döyüş və xidməti keyfiyyətlərinin aşağı olmasının əlamətidir. Hansı ki, erməni təbliğatı bizə növbəti dəfə foto-hesabat əlavəsi ilə inandırıcı şəkildə nümayiş etdirdi: “Ən maraqlısı isə odur ki, nə Kamo Ağacanyan, nə də Norayr Mirzoyan ön cəbhədə çəkilmiş bu fotoşəklin gülünc və saxta olduğunu görmürlər. Digər peşəkar hərbçilər üçün necə göründüyü barədə isə ümumiyyətlə fikirləşmirlər. Nə demək olar, ordu necədirsə, generalları da elədir. Görünür, Ermənistan silahlı qüvvələrində lampaslı şalvar, hərbi istedadların etirafı yox, diaqnozdur”.
Virtualaz.org
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar