Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağdan yol qeydləri: Laçında vəziyyət necədir? - BBC News Rusca Xidmətinin komandası Laçında olub

4-11-2020, 10:45   


  • Marina Katayeva
  • BBC News Rusca

Andranik Çavuşyan
Şəklin alt yazısı,Nar və qumbaranı Andranik Çavuşyan həyat və ölümün rəmzləri sayır
Azərbaycan ordusu Şuşadan beş kilometrlik məsafədədir, ötən həftə tanınmamış "DQR prezidenti" Arayik Harutyunyan etiraf edib.
Ancaq Şuşa Qarabağda döyüşlərin getdiyi strateji və ideoloji baxımdan yeganə vacib məntəqə deyil.
BBC News Rusca Xidmətinin komandası Dağlıq Qarabağdan Ermənistana gedən yolun üstündə yerləşən Laçın şəhərində olub.
Laçın 1990-cı illərin əvvəllərində müharibə nəticəsində erməni qüvvələri tərəfindən ələ keçirilmiş Azərbaycanın yeddi rayonundan birinin inzibati mərkəzidir. Bu şəhər yaxınlığında şiddətli döyüşlər ikinci həftədir davam edir. Ermənilərin Berdzor adlandırdıqları bu şəhər Ermənistanla sərhəddən 20 kilometrlik məsafədə yerləşir.
Ermənistanın Gorus şəhərindən Laçına tərəf gedən yolun təxminən ortasında yerləşən təpənin üstündə hərbi düşərgə gözə dəyir, çadırın üzərində Rusiya bayrağı dalğalanır.
Laçın yaxınlığında yerləşən Rusiya sərhədçilərinin bazası
Şəklin alt yazısı,Laçın yaxınlığında yerləşən Rusiya sərhədçilərinin bazası
Bundan əvvəl, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin Ermənistan ərazisində olduğunu təsdiqləyib və bunun qeyri-adi olmadığını söyləyib: onlar bundan əvvəl də İran və Türkiyə ilə sərhədləri qoruyurdular. Onların ölkə daxilində yerdəyişməsini Paşinyan Qarabağdakı hərbi hadisələrlə əlaqələndirib.
Toplardan açılan atəş Ermənistanla Azərbaycanın Laçın rayonunu ayıran dərə üzərindən, elə yaxından açılır ki, hər bir mərminin uçuş istiqamətini izləmək mümkündür.
Laçının özündə də partlayış və atəş səsləri aydın eşidilir. Yerli sakinlər bura gələnləri sakitləşdirir ki, atəş buradan qarşı tərəf istiqamətində açılır.
Burada demək olar ki, kişilərin hamısı könüllüdür - müəllimlərdən tutmuş "şəhər merinə" qədər.
Narek Aleksanyan Laçın "administrasiyasının başçısı" vəzifəsini bir ildən çoxdur ki, tutur. Hərbi əməliyyatlar başlayandan bəri o, yalnız inzibati məsələlərdə məşğul deyil, həm də cəbhə xəttinə də gedib-gəlir.
Azərbaycan qüvvələri Laçına yaxınlaşdıqdan bəri Aleksanyan şəhərin müdafiəsinin təşkili ilə məşğul olmağa başlayıb. Şəhərin müdafiəyə necə hazırlaşdığı barədə o danışmır, yalnız hər zaman "hər şeyin yaxşı olduğunu" təkrarlayır.
"Düşməndən hər şey gözlənildiyindən və şəhərdə ilk Qarabağ müharibəsində iştirak etmiş bir çox insanın olduğuna görə camaat buna öyrəşib, bizdə hər şey qaydasındadır. İlk dəfə deyil," - Aleksanyan deyir.
"Normal" - indi Laçında ən çox işlədilən sözdür. Sakinlər müharibənin yaxınlaşmasına necə reaksiya göstərdikləri və buna necə hazırlaşdıqları barədə verilən bütün suallara "normal" deyərək cavab verirlər.
Laçın üzərində vurulmuş dronun qanadları
Şəklin alt yazısı,Laçın üzərində vurulmuş dronun qanadları
"Müharibənin qaçılmaz olduğu bir ərazidə yaşadığımız üçün biz həmişə hazır idik, indi də hazırıq," - Aleksanyan deyir.
Laçın təpəlikdə yerləşir, burada zirzəmisi olan bina demək olar ki, yoxdur. Zirzəmisi olan bir neçə binadan biri yerli xəstəxanadır. Kardioloq-nevropatoloq Ofeliya Saqayan bizi həmin binanın yaxınlığında qarşılayır.
Qadın buraya 11 il əvvəl Rusiyadan, Dağıstandan köçüb gəlib və o vaxtdan bəri Laçında yaşayır. O, bu şəhəri yalnız erməni adı ilə - Bernadzor deyərək çağırmağı xahiş edir.
Ofeliya deyir ki, şəhəri demək olar ki, heç kim tərk etməyib, lakin xəstəxanaya müraciət edənlərin sayı azalıb: insanların başqa qayğıları var, o deyir. Yalnız kəskin ağrısı olanlar gəlir. Saqayan şəhəri tərk etmək niyyətində deyil: "Nə olsun ki, müharibə yaxınlıqda gedir?"
Uçan mərminin səsi eşidilir. "Eşidirsiniz? Bu, uzaqda uçan nədirsə.. Nə olar, qoy uçsun."
Həkim Azərbaycanın indiki Prezidentinin atası Heydər Əliyevi xatırladığını deyir və onu layiqli insan adlandırır.
İlham Əliyevi isə başa düşmədiyini söyləyir.
"Xalqla heç bir işimiz yoxdur. Azərbaycan xalqı erməni xalqı kimi bir xalqdır. Bunların hamısı onların rəhbərliyinin əməlləridir. Sadəcə, onun nə istədiyini anlaya bilmirik? Həm bizim tərəfimizdən, həm də onların tərəfindən qan tökürlər," - o deyir.

"Yalnız ölünün qorxusu olmaz"

Silahlı insanlar partlayışlara və atəş səslərinə demək olar ki, reaksiya vermirlər. Onlar 25 dərəcə istidə sanki keyləşmiş vəziyyətə düşmüş kimi, top atəşi səsləri gələn istiqamətə böyük maraq bildirmədən baxır, tələsmədən qəhvə içir və siqaret çəkirlər.
Könüllülərdən biri Rusiyadan olduğumuzu eşidərək "O, yerlilərim!" deyərək bizə yaxınlaşır. Armen Aqamyan sentyabr ayında Krasnoyarskdan buraya gəlib. Rusiyada onun arvadı, uşaqları və işi qalıb. Armen yük maşını sürücüsü olub, Maqadan vilayəti və Saxalinə yük daşıyıb.
Armen adlı könüllü bu ilin sentyabr ayında Krasnoyarskdan buraya gəlib
Şəklin alt yazısı,Armen adlı könüllü bu ilin sentyabr ayında Krasnoyarskdan buraya gəlib
O deyir ki, burada da qorunması lazım olan ailəsi var: Stepanakertdə (Xankəndi -red.) yaşayan valideynləri, qardaşları və bacıları.
Şəhərə və şəhər ətrafına düşən bütün mərmilər yerli "fövqəladə hallar nazirliyinin" həyətinə gətirilərək yığılır.
Burada qəlpələr, parçalanmış mərmi qalıqları, deyildiyinə görə, bir neçə gün əvvəl vurulmuş və qırılaraq yarıya bölünmüş dron gövdəsi və qanadları sərgilənir.
"FHN"-in əməkdaşı David kolleksiya barədə məlumat verir, lakin silah qalıqlarının buraya haradan gətirildiyini açıqlamır. Laçında, ümumiyyətlə, hər hansı bir binanın və ya hətta bir mənzərənin görüntüsünü kameraya çəkilmək qadağandır. Camaat əmindir ki, "düşmən" obyektlərin harada yerləşdiyini bilsə zərbələri məhz həmin hədəflərə endirəcək.
David deyir ki, mərmilərin çoxu hələlik əldəyməmiş vəziyyətdə qalmaqdadır, çünki sakinlər üçün təhlükə kəsb edir. Bəzi mərmiləri minaxtaranlar məsafədən həyata keçirilən partlayış üsulu ilə məhv edilir.
Azərbaycan qoşunlarının Laçın bölgəsinə yaxınlaşdığını biləndə Aram qəsəbəyə qayıdıb
Şəklin alt yazısı,Azərbaycan qoşunlarının Laçın bölgəsinə yaxınlaşdığını biləndə Aram qəsəbəyə qayıdıb
Laçında söhbət etdiyimiz hər kəs kimi, David də "Azərbaycan hərbi gücünün yaxınlıqda olmasından" narahat deyil.
Deyir ki, yaxın 3-4 kilometr deməkdir, indisə onlar uzaqdadırlar.
Hər şeydən əvvəl, bu gənci dünya ölkələri liderlərinin hərəkətsizliyi qəzəbləndirir: "Dünya yatmış və ya kordur. Baxırlar - burada nə baş verdiyini görmürlər."
Bağdakı mərmi
Yaxın Şərqdən bura gələn ermənilərin yaşadıqları kənd Laçından onlarla kilometr məsafədədir.
İki həftə əvvəl burada sakitlik idi, qadınlar lavaş bişirib cəbhəyə göndərirdilər, kişilər idman meydançası tikirdilər. Son bir həftə ərzində vəziyyət çox dəyişib. Burada böyük çaplı silahlardan atəş səsləri, sanki qəsəbənin özündə açılan atəş kimi eşidilir.
"Administrasiyanın" yerləşdiyi bir tikilidə bir gün əvvəl partlamış mərminin bir parçası qalmaqdadır. Kişilər onu oraya-buraya daşıyırlar. Qəsəbənin kişiləri öz ailələrini - qadınları və uşaqları - Ermənistana göndəriblər. Kişilərin qayğısına yalnız Narine qalır. Qadın beş uşağını və bacısını Yerevana göndərib, özü isə yemək hazırlamaq, paltar yumaq və yır-yığış işlərini görmək üçün qalıb.
Aram kəndin 29 yaşlı sakinidir. Qarabağda yeni müharibə başlamazdan əvvəl tikintidə işləyirdi, 2020-ci ilin sentyabrında əlinə avtomat götürüb könüllü olaraq cəbhəyə gedib.
Azərbaycan qoşunlarının Laçın bölgəsinə "yaxınlaşdığını" biləndə Aram qəsəbə qayıdıb və indi qəsəbəyə aparan yollarda keşik çəkir.
Oktyabrın 30-da Azərbaycan hərbçiləri tərəfindən "atılan" mərmi düşərgələrinin yaxınlığına düşüb. Azərbaycan Müdafiə Nazirliyi mülki şəxsləri hədəfə almadığını dəfələrlə bəyan edib.
"Texnikaya, başqa nələr üçünsə xüsusi nəzərdə tutulmuş [mərmilər] var, bu isə - insanlar üçündür," - Aram izah edir.
Onun sözlərinə görə, qəsəbənin ətrafında yerdən çıxarılası mümkün olmayan hələ çox sayda bu cür mərmi var. O, bizi "administrasiyanın" yerləşdiyi tikilin arxasındakı çalaya tərəf aparır. Ötən gün tikilidən 11 metr aralıda daha bir mərmi düşüb.
Mərmi partlamayıb və meyvə ağaclarının yanında yerdən çıxan bir parçası görünür. Sakinlər mərmiyə toxunmağa cürət etmirlər və mina-axtaranların onu zərərsizləşdirəcəklərini gözləyirlər. Bunun nə zaman baş verəcəyini soruşduqda cavabları belə olur: "Yəqin müharibədən sonra."

Müharibənin paradoksu

Qəsəbənin başçısı Livan ermənisi Andranik Çavuşyan 35 könüllüdən ibarət dəstəyə rəhbərlik edir. Andranik son 10 gündə Laçın rayonu və onların qəsəbəsi ətrafında vəziyyətin dəyişdiyini deyir.
"Hər səhər kəndə raketlərdən atəş açılır. Ötən gün və səhər atırdılar, günortadan sonra da atırdılar. Gecələr dronlar gəlib hədəfləri müəyyən edir, səhər isə toplardan atəş açılır," - Çavuşyan deyir.
Onun sözlərinə görə, Azərbaycan ordusunun hərbi texnikası kənddən 10-15 kilometr məsafədə mövqe tutur, dağlıq ərazi olduğundan daha yaxına irəliləyə bilmirlər, ancaq "pikap" maşınlarda kəşfiyyat dəstələri göndərirlər. (BBC News Rusca müxbiri bu müsahibəni ötən həftə, 1 noyabrdan əvvəl alıb -red.)
Andranik deyir ki, meşələrdə çox sayda bu cür dəstələr var, onlar artıq kənddən səkkiz kilometr aralıdadır və onları binokl vasitəsi ilə görmək olar.
Andranik müharibənin paradoksu üzərində düşünür - hər gün insanlar ölür və müharibə zamanı qətlə görə hətta mükafat da verilə bilər: "Müharibə zamanı adam öldürəndə medal verirlər, sanki öldürülən insan sayılmır. Dinc dövrdə isə kiməsə bir şillə vursa - həbsxanaya salacaqlar."
Andranikin qarşısında masanın üzərində bir qumbara və bir nar var. Andranik deyir ki, onlardan birisi həyatın, digəri isə ölümün rəmzidir. "Biz həyatı seçirik," - o deyir və avtomatı götürərək cəbhə xəttinə yollanır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar