Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şuşan Stepanyan “3 tank vurduq” dedi, Bakıdan ona istehzalı cavab verildi “ƏZİLMİŞ ORDUNU YALAN XƏBƏRLƏRLƏ RUHLANDIRMAQ CƏHDİ..

4-11-2020, 14:17   


Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan, düşmənin baş hərbi təbliğatçısı Arsurun Ovanisyan fasilə verəndə cəbhədəki vəziyyətlə bağlı ara-sıra açıqlamalar verən Şuşan Stepanyan cənub istiqamətində Azərbaycan ordusunun “hücum cəhdi” haqda danışıb. Və bildirib ki, hücumun qarşısı alınarkən 3 tank vurulub.
Azərbaycan Müdafiə Nazirliyindən isə deyiblər ki, Şuşan Stepanyanın danışdıqlarının cəbhənin nə cənub, nə cənub-şərq istiqamətində hazırda hökm sürən real döyüş vəziyyəti ilə heç bir uyğunluğu yoxdur. Və Azərbaycan ordusunun 3 tankının vurulması haqda onun dedikləri yalandır.

“Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir.  Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf özünün döyüş uğurları haqda vaxtaşırı olaraq real situasiya ilə əlaqəsi olmayan bu cür raportlar verir. Burada məqsəd aydındır-düşmən ordusunun döyüş ruhu kəskin aşağı düşüb və vəziyyət onlar üçün getdikcə daha çox çıxılmaz olur. Belə vəziyyətdə döyüş uğurları haqda yalan məlumatlar yaymaqla ordunun döyüş ruhunu artırmaq cəhdi primitiv də olsa, yeganə mümkün variantdır”,-məlumatda bildirilir.
Virtualaz.org


 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar