Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Oqtay Gülalıyev bu gecə Azərbaycana gətiriləcək - Müalicəsi evdə davam etdiriləcək

7-11-2020, 14:05   




Noyabrın 8-də Türkiyənin Amerika Xəstaxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyev ölkəyə gətiriləcək. Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.
T. Gülalıyev əlavə edib ki, Oqtay Gülalıyevin müalicəsi Bakıda, şəxsi evlərində davam edəcək: "Səhhətində çox da dəyişiklik yoxdur. Gözlərini açır, əllərini ayaqlarını bəzən hərəkət etdirir. Geriləmə yoxdur. Ümid edirik ki, vətənə qayıtmağımız hər halda uğurlu olacaq".
Hüquq müdafiəçisi O. Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.
O.Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 
2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar