Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kapitulyasiyanın 3-cü günü: düşmən ölkə yenə “qaşınır”

13-11-2020, 09:12   

Kapitulyasiyanın 3-cü günü: düşmən ölkə yenə “qaşınır”; İrəvanda uduzulmuş müharibəni davam etdirmək üçün sərsəm çağırışlar səslənir, davadan sonra havada yumruq silkələyirlər; Ermənistan yaralarını uzun müddət sağalda bilməyəcək!..

İşğalçı Ermənistan 2-ci Qarabağ müharibəsində layiq olduğu ağır cəzanı aldı. Məntiqlə indi ölkənin ən ağıllı başları - əgər belələri orada qalıbsa, - yığışıb yaxşı-yaxşı düşünməli, verilən dərsdən düzgün nəticələr çıxarmalı, erməni xalqını düşdüyü bu dərin böhrandan qurtarmaq üçün birgə çıxış yolları aramalıdır. Amma kapitulyasiya aktının imzalanmasından keçən üçüncü gündə də Ermənistanda nəinki qəzəbli toplumdan, elə siyasi qüvvələrdən də sərsəm çağırışlar səslənir.
O sırada həmçinin işğal altındakı yerdə qalan ərazilərimizi boşaltmamaqla bağlı axmaq müraciətlər edilir, davadan sonra havada yumruqlar silkələnir. Qısası, düşmən ölkə yenə “qaşınır”. Sanki müharibəni uduzan bunlar deyilmiş. Məsələn, dünən Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətə Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşdirilməsinə qarşı çıxmağı təklif edib. Bu barədə fraksiyanın yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir: “Qarabağ müharibəsinin sona çatmasına dair razılaşmanın qanuniliyini müzakirə etmədən əvvəl müxalifətə Rusiyanın vasitəçiliyinə qarşı olduqlarını bəyan etmələrini, Rusiya sülhməramlılarının münaqişə bölgəsindən çıxarılmasının tərəfdarı olduqlarını və müharibəni davam etdirməyə razılıq vermələrini təklif edirik”.
Lakin fraksiyada hesab edirlər ki, müxalifət qüvvələri “bərpa ediləcək müharibədə qələbə qazanmaq üçün yol xəritəsi” təqdim etməlidir. Məsələ də elə bundadır - “Yol xəritəsi”. Daha dəqiqi, “Pişiyin boynundan zınqırovu kimi asması” problemi.
*****
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda mətbuat konfransı  keçirib - YouTube
Erməni tərəfinin bu qəbildən yeni avantürasına ən yaxşı cavabı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 12-də Bakıda keçirdiyi brifinqdə verib: “İşğal edilmiş Azərbaycan ərazilərinin hamısı Azərbaycana veriləcək. Digər tərəfdən, bu razılaşmanın altında Ermənistan rəhbərinin imzası varmı? Var. Biz daha öncə atəşkəs imzalamışıq, yenə pozarıq desələr, o zaman bədəlini ödəyərlər. Burada Azərbaycan qan tökməyə həvəsli deyil, hər nə qədər himnində ”həm qadirik, həm hazırıq" deyirsə də. Azərbaycan bu işin sülh yolu ilə çözülməsi üçün çox səbr edib".
Ermənilər Kəlbəcərdən belə qaçır -
Sual yaranır: Bunca canlı və maddi itkilər sizə bəs eləmədimi? Yenə boş yerə qırılmaq, ölmək, nəhayət, Ermənistan adlı saxta dövlətin tam və sürətli çöküşünü istəyirsinizmi? Olsun. Bu dəfə sizə Moskva da kömək etməyəcək - hansı ki, son anda yenə axırınıza çıxmağa qoymadı. Amma yenə də ermənilər Moskvaya qarşı öz xislətinə xas olaraq nankorluq edirlər - ona minnətdar olmaq əvəzinə. Xankəndində ermənilərin qalmasını son anda təmin  edən Rusiyaya qarşı bu misilsiz nankorluğun bədəli daha ağır ola bilər.
Nəyiniz var, 44 günlük müharibədən sonra nəyiniz qalıb sizin - döyüşən ordunuz yox, iqtisadiyyatınız və maliyyə durumunuz bərbad vəziyyətdə, vuruşmağa kişi cinsindən erməni yox! “Bərpa ediləcək müharibədə qalibiyyət üçün yol xəritəsi”ni kim hazırlayacaq? Ümumiyyətlə, nə ilə, hansı resurslarla müharibəyə davam edəcəksiniz? Azərbaycan Ordusunun İrəvanadək gəlməsinimi gözləyirsiz ki, Rusiya, nəhayət, savaşa qatılsın?
Ermənilər Kəlbəcərdən belə qaçır - VİDEO
Olmayacaq. Çünki ordumuzun İrəvana kimi getmək kimi hədəfi yoxdur. Ona görə ki, bunsuz da Ermənistan çökəcək, əgər Azərbaycan və Türkiyə ilə təcili şəkildə əlaqələri normallaşdırmasa, bu iki qonşu ölkəyə, eləcə də Gürcüstana qarşı əsassız ərazi iddialarına, saxta soyqırım iddialarına, “Böyük Ermənistan” xülyasına həmişəlik son verməsə, qonşu ölkələrin ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan eləməsə.
Bunu ermənilərə indi xarici analitiklər və siyasət adamları da israrla tövsiyə edirlər. Vaxt gedir. Vaxt Ermənistana işləmir...        
***** 
“Azərbaycan, Ermənistan və Rusiya başçıları tərəfindən imzalanmış Dağlıq Qarabağ müqaviləsi İrəvanı istənilən ərazi iddiası hüququndan məhrum edir və ”DQR" kimi separatçı layihənin üstündən çalın-çarpaz xətt çəkir. İkinci “erməni dövləti” və onun “müstəqilliyi” layihəsinin perspektivləri məsələsi artıq qapandı".
Yevgeni Mixaylov: "Yeni seçiləcək deputatlar xalqın etimadını  doğrultmalıdır"
“Yeni Müsavat” xəbər verir ki, bu barədə rusiyalı tanınmış politoloq, beynəlxalq münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov İnfo24-ə açıqlamasında söyləyib.
“Dağlıq Qarabağda döyüşlərin dayandırılmasına dair imzalanmış üçtərəfli müqavilədə status məsələsinin qoyulmadığı açıq-aydındır. Bu, heç bir müstəqillikdən söhbət getmədiyi və prinsipcə ikinci erməni ”dövləti"nin olmayacağı anlamına gəlir. İrəvan özünün ambisiyaları ucbatından sarsıdıcı bir məğlubiyyətə uğradı və özünə gəlmək üçün ona çox uzun zaman lazım olacaq, əgər ümumiyyətlə gələ biləcəksə. Ermənistanın bunu etiraf etməsi ağrılıdır və yəqin ki, uzun müddət tanınmayan ərazi və keçmiş separatçıların “hökuməti” ilə hansısa oyunlar oynanacaq. Lakin bu, artıq perspektivsiz məşğuliyyətdir", - deyə analitik qeyd edib.
Onun sözlərinə görə, müqavilənin imzalanmasından sonra İrəvanda başlayan iğtişaşlar Ermənistan dövlətçiliyinin qeyri-sabitliyinə dəlalət edir. “Bu, ilk növbədə demokratiyadan deyil, kütlələrə və siyasi partiyalara - xüsusən millətçi-faşistlərə - həddən artıq sərbəstliyin verildiyi ölkədə idarəetmə qabiliyyətinin olmamasından xəbər verir. Əhalinin Paşinyanı didib parçalamaq istəyi anlaşılandır: o, öz xalqına rusofobiya qarşılığında Qərbdən dadlı çərəzlər də daxil olmaqla, fərqli bir tale vəd etsə də, ölkəsini yoxsulluğa və iflasa məhkum elədi. Ölən minlərlə gənc Paşinyanın bacarıqsız rəhbərliyinin bədəlidir. İrəvanın öz strateji tərəfdaşına xəyanət etməsi faciəli nəticələr verdi. Amma yenə də münasibətlərin soyumasına baxmayaraq, Ermənistanı tam çöküşdən xilas edən Moskva oldu”, - deyə politoloq əlavə edib.
*****
Bu qəbildən olan və Ermənistana, onun toplumuna, siyasi elitasına ünvanlı məntiqli, ağıllı rəy-tövsiyələri davam etdirmək olar. Amma fikrimizcə, hələlik kifayətdir. Bir şey dəqiqdir ki, haqq etdiyi təslimiyyəti həzm etmək istəməyən, ondan yanlış nəticə çıxaran erməni cəmiyyəti, bu cəmiyyətin ardınca getdiyi avantürist rəhbərlər daha ağır bədəl ödəyəcəklər...
Analitik xidmət,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar