Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Hər şeyə hazıram, amma bir şərtim var... - Paşinyan AÇIQLADI

16-11-2020, 12:02   


Hər şeyə hazıram, amma bir şərtim var... - Paşinyan AÇIQLADI
“Mən xalq məhkəməsi qarşısına çıxmağa hazıram. Amma bir şərtim var”.
Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Paşinyan şərtini açıqlayıb: “İctimai və siyasi qüvvələrlə dürüst və səmimi dialoq şərti ilə səhvlərimə görə cavab verməyə hazıram. Amma əvvəlki hökumətin nümayəndələrindən Qarabağla bağlı danışıqları ərazi güzəştlərinə gətirib çıxarmadıqlarına görə cavab vermələrini tələb edirəm”.
Paşinyan bildirib ki, mövcud vəziyyətdən məsul olan və ölkə başçısı olaraq xalqın qarşısına çıxmalı olan məhz odur: “Bununla birlikdə, lazımi nəticələr çıxarmaq üçün ictimaiyyət bütün detallardan xəbərdar olmalıdır. 2018-ci ilin mayında hakimiyyətə gələndə danışıqlar prosesi geridönüş nöqtəsində idi. Danışıqlar prosesi ərazi güzəştlərinin status zəmanəti olmadan cizgilərini açıq şəkildə göstərdi. Yəni başqa sözlə, “heç bir şey əvəzinə ərazilər” şərti masada idi. O zaman da əvvəlki hökumətin nümayəndələri məni Qarabağı təslim etməyə gəldiyimi iddia etdilər”.
Ermənistanın baş naziri qeyd edib ki, bu şərti dəyişdirməyə çalışsa da, heç nəyə müvəffəq ola bilməyib: “Ərazilərin təslim edilməsi barədə bir fikir birliyi artıq bütün beynəlxalq ictimaiyyətdə formalaşdı. Bu konsensusu dəyişə bilmədik. Bəlkə vəziyyəti səhv qiymətləndirdik. Ancaq nə edə bildik?”
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar