Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya sülhməramlıları Kəlbəcərə niyə aparılır? – AÇIQLAMA

17-11-2020, 13:55   


 
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata görə, Rusiya sülhməramlılarının Kəlbəcər rayonu ərazisində yerləşdirilməsi nəzərdə tutulmurdu. Amma Rusiya sülhməramlılarının baş leytenantı Oleq Kovalenko deyib: “Xudavəngdə sülhməramlıların iki postu yerləşdiriləcək – biri ərazinin girişində, digəri isə monastrın özündə”.
Söhbət Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng monastrından gedir.
Hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı açıqlamasında Modern.az-a qeyd edib:
“Rusiya sülhməramlılarının ora getməsi yerləşmək sayılmır. Onlar erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasında iştirak etməlidir. Ola bilər ki, Xudavəngdə postun yerləşdirilməsi bununla əlaqəli olsun. Amma bu barədə dəqiq bir şey deyilməyib.
Rusiya sülhməramlılarının fəaliyyəti məhz Laçın dəhlizi boyu və Dağlıq Qarabağdakı təmas xəttini əhatə etməlidir, onlar adı çəkilən yerlərdə  yerləşdirilməli, orada postlar qurulmalıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar