Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənistan xüsusi xidmət orqanının keçmiş rəhbəri “heç də hər şey bitməyib” deyir "YENİ MÜHARİBƏ OLACAQ, AZƏRBAYCAN ZƏNGƏZURU ALACAQ"

23-11-2020, 09:15   


“Mən Nikol Paşinyanın Ermənistanın baş naziri postunu tutduğu ilk gündən istefasını tələb etmişəm. Bütün bu müddət ərzində danışıqlar prosesinin hansı kontekstdə inkişaf etdiyi barədə ölkəmizin ictimaiyyətinə fasiləsiz olaraq məlumat vermişəm".
Virtualaz.org bildirir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və Ermənistan prezidentinin Qarabağ nizamlanması üzrə sabiq xüsusi nümayəndəsi (1994-1995) David Şahnazaryan “Sputnik Ermənistan”a verdiyi müsahibəsində deyib.
"Hansı daxili dəyişikliklərin baş verdiyini söyləyirdim. Güc strukturlarının məqsədyönlü şəkildə necə dağıdıldığını izah etməyə çalışırdım-özü də söhbət yalnız Milli Təhlükəsizlik Xidmətindən getmir. Söhbət həm hüquq-mühafizə orqanlarından, həm də ordudan gedirdi. Dövlət mexanizmində baş verən qanunazidd proseslərdən danışırdım.
Qarabağa gəlincə, Paşinyanın, hətta Serj Sarkisyanın vaxtilə imtina etdiyi nizamlama layihəsinə belə nail ola bilməyəcəyi artıq o zaman aydın idi. Yeri gəlmişkən, 1997-ci ildə təklif edilən məlum başıbəlalı mərhələli plan layihəsini reallaşdırmaq mümkün olmadı", - deyə o bildirib.
“Bundan sonra xəbərdarlıq etdim ki, Paşinyan məqsədyönlü və ardıcıl olaraq elə siyasət aparır ki, Azərbaycan müharibəyə başlamaq üçün getdikcə daha çox bəhanə əldə edir. Əslində sonda elə onun da şahidi olduq”, - deyə D.Şahnazaryan vurğulayıb.
D.Şahnazaryan əlavə edib: “Başımıza gələnlər, 1915-ci il soyqırımından sonra xalqımızın tarixində baş verən ən faciəli hadisədir”.
David Şahnazaryan müharibədəki səhvlərdən, ön xətlə bağlı yalan məlumatlar verilməsindən, orduya, o cümlədən generallara siyasi təzyiqlərdən, döyüşlərə  siyasi naşıların rəhbərlik etməsindən, vaxtında zəruri addımların atılmamasından, texnika baxımından rəqibdən zəif olmalarından və bütün bunların sonda biabırçı məğlubiyyətə gətirdiyindən danışaraq bildirib ki, Yerevanda çox böyük etiraz aksiyalarının olacağını gözləyirmiş.  
"Mən düşünürdüm ki, Yerevan qaynayacaq. Amma yox. Bu baş vermədi... bu günlərdə tanışlarım məndən xahiş etdilər ki, nəticədə həqiqətən nə baş verdiyini aydın və ətraflı şəkildə izah edim. Dedim ki, artıq Şuşada muğam səslənir. Daha nə izah?
Bu, həqiqətən, biabırçı kapitulyasiyadır, amma ən dəhşətlisi odur ki, Paşinyan və komandası hətta indi də hakimiyyətdən əl çəkmək istəmirlər. Sükanı əllərində saxlamağa çalışırlar. Siyasi təqiblər ara vermir. Bizim cəmiyyətə elə gəlir ki, bununla müharibə qurtarıb. Əslində müharibədə fasilə elan edilib. Rus sülhməramlılarını salamlayıram, onlara əhsən. Amma müharibə üçün əsl mövzu-Sünik (Zəngəzur – red.) hələ də qalır", - deyə o vurğulayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar