Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lavrovun Ermənistana nə üçün gəldiyi ÜZƏ ÇIXDI - ŞOK DETALLAR

24-11-2020, 13:02   


Lavrovun Ermənistana nə üçün gəldiyi ÜZƏ ÇIXDI - ŞOK DETALLAR
Lavrov İrəvana Paşinyan və Sərkisyandan kapitulyasiyanı şəxsən qəbul etmək üçün gəlmişdi.
Anaxeer.ino Axar.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Lragir.am” saytı çıxış edib.
“Paralel olaraq Moskvada təbliğat səviyyəsində məsuliyyətin ermənilərin üzərinə atılması davam edir. Şəxsən Prezident Putin artıq bir neçə dəfə Ermənistanı qınayıb ki, onun Qarabağı tanımamasına görə o, Qarabağı Azərbaycan ərazisi sayır, KTMT isə buranı məsuliyyət zonası saymadığı üçün kömək edə bilməyib. “Qarabağ prezidentinin müşaviri” vəzifəsini tutan şəxs isə bəyan edir ki, Qarabağın beynəlxalq aləm tərəfindən tanınması Rusiyanın maraqlarına ziddir və ona qarşı sui-qəsddir. Böyük ehtimalla Moskva Türkiyə ilə birgə sentyabr müharibəsini planlayaraq reallaşdırıb ki, Lavrov planını həyata keçirsin”, – deyə məqalədə iddia edilib.
Sayt, həmçinin Moskvanın bunun vasitəsilə Ermənistana Ankara ilə birbaşa dialoq başlatmaqdan başqa şans qoymadığını bildirib.
Məqalədə qeyd edilib ki, son müharibədən sonra Ermənistan üçün KTMT artıq yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar