Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlham İsmayıl yazır :Laçının mərkəzi və Zabux kəndi Ermənistana verilir?

27-11-2020, 18:45   


Dünən axşamdan Nikopl Paşinyan iki dəfə Putinlə danışanda və gecənin yarısı bu danışıqları fəxrlə öz Feysbuk səhifəsində yayanda hiss olundu ki, bizim əleyhimizə, ermənilərin xeyrinə işlər görülür. Paşinyan elə-belə sevinməzdi. 10 noyabr Bəyanatına hər cür əl gəzdirən Rusiya, mandatından kənara çıxaraq idarəetmə məsələlərinə əl qoyub. Müharibə dayanandan Xankəndi və ətrafında Azərbaycanın yoxluğu hər gün aydın görünür. İndi də Bəyanatın maddəsi pozulub və ermənilər Laçın rayon mərkəzindən və Zabux kəndindən çıxmayacaqlarını və buna tam təhlükəsizlik zəmanəti aldıqlarını bildirdilər.
Bir az əvvəl Armenpressin yaydığı xəbəri diqqətinizə çatdırırıq: 
”Artsaxın Kaşataq (Laçın) bölgəsi, Berdzor (Laçın rayon mərkəzi),  Ağavno-Sus (Zabux kəndi) icmalarında yerli sakinlərin köçürülməsi dayandırılıb. Bu yaşayış məntəqələri ermənilərin olaraq qalacaq. Bu barədə Kaşataq bölgəsi administrasiyasının rəhbəri Muşeq Alaverdyan Armenpress-ə danışıb.
“Hazırda dəqiqləşdirmədən deyə bilərəm ki, müqavilə dəyişib, biz təhlükəsizlik zəmanəti aldıq. Mənim birbaşa məsuliyyətim altında bu yaşayış məntəqələrindən köçməni dayandırdıq və yerimizdə qalırıq”.
Bu, sadəcə təbliğat xarakterli informasiya deyil, bu məsələyə Ermənistan rəsmiləri də öz mövqelərini bildirib və Laçın rayon mərkəzinin və Zabux kəndinin köçürülməsinin dayandırıldığını və Rusiya sülhməramlıların çətirinin altına keçdiyini sevinclə bildirirlər. 
Laçında da evləri yandırıb köçdükləri bir zamanda bu köç nədən dayandırılıb? Dekabrın 1-də Bəyanata görə Laçın ərazisinin tam boşaldılması razılaşdırılıb və Azərbaycana təhvil verilməli idi. Bu nə deməkdir? Bunun cavabı niyə verilmir? Türkiyənin adının bəyanatda olmadığını rus və erməni tərəf noyabrın 10-dan bağıra-bağıra deyir. Elə isə Laçının tam boşaldılması bəyanatda olmasına baxmayaraq niyə əməl olunmur? Burda əlavə şərh yoxdur, burda bu işə bəraət yoxdur. 
Ermənilər yenə də havadarların əli ilə çox asan şəkildə istədiklərinə nail olurlar. Belə çıxır ki, ermənilərin, daha doğrusu, rusların növbəti hədəf Hadrut, o da həll olunarsa sonra Şuşa ola bilər? 
Laçın rayon mərkəzi Azərbaycanın tam nəzarətinə keçməzsə heç bir laçınlı kəndlərə köçməyəcək.
Azərbaycan bu məsələyə təcili münasibət bildirməli, erməni tərəfinin bu cür həyasız açıqlamalarına aydınlıq gətirməlidir. Cəmiyyətdə 10 noyabrdan bəri yaranmış narahatçılıq getdikcə əsaslı şəkil alır.







Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar