Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Zod-Soyudlu field Zod-Soyüdlü qızıl filizi yatağının 74%-i Azərbaycana keçməlidir

28-11-2020, 10:45   


Azərbaycanın noyabrın 25-də 27 illik erməni işğalından azad edilən Kəlbəcər rayonu böyük iqtisadi potensiala malikdir, belə ki, rayon ərazisində çox sayda filiz yatağı var.Bu məqalədə biz 112 ton qızıl ehtiyatları olan Söyüdlü (erməni dilində adı “Zod” və ya “Sot”) yatağından bəhs edəcəyik. Burada ki filizdə qızıl tərkibi isə çox yüksəkdir – bir tonda 7,3 qram – bu, Cənubi Qafqaz regionunda ən yüksək göstəricilərdən biridir (Anglo Asian Mining – AAM-in qiymətləndirməsi).
Yataq 1951-ci ildə Azərbaycan tərəfdən Kəlbəcər rayonu və Ermənistan tərəfdən Basarkeçər rayonunun sərhədində kəşf edilib. Yatağın böyük hissəsi (qızıl ehtiyatlarının 75%-i və ya 25 qızıl quyusundan 17-si) Azərbaycan ərazisində olsa da, SSRİ Geologiya Nazirliyinin əmri ilə yatağın idarəetməsi Ermənistanın geologiya idarəsinə verilib. Yatağın sənaye istismarına 1976-cı ildə başlanıb. 1977-1990-cı illərdə bu yataqdan 27,6 ton qızıl çıxarılıb.
1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu yataqda işlər dayandırılıb.
Bununla belə, 1997-ci il avqustun 20-də Azərbaycan hökuməti onu RV Investment şirkəti ilə imzaladığı ilk uzunmüddətli beynəlxalq “qızıl müqaviləsinə” daxil edib.
Ermənistanın işğalı ilə əlaqədar bu yatağa çıxışı olmayan şirkət – operator AAM (qiyməti London birjasında təyin edilir) kosmosdan çəkiliş əsasında Ermənistan tərəfin beynəlxalq hüquq normalarını pozaraq, Kəlbəcər rayonunun işğal edilmiş bu hissəsində fəaliyyət həyata keçirdiyini qeydə alıb. Bu faktlar hüquqi iddia şəklində rəsmiləşdirilib və öz vaxtını gözləyir.



AAM-in 24 noyabr 2020-ci il tarixli məlumatında deyilir ki, “göründüyü qədər, döyüş əməliyyatlarına son qoyan sülh sazişi imzalanıb”.
“Azərbaycan hökuməti və AAM lazımi vaxtda 1997-ci il tarixli məhsul bölgüsü haqqında sazişə (PSA) daxil edilmiş və Azərbaycanın hazırda çıxış olan rayonlarında yerləşən müqavilə sahələri ilə bağlı planları haqqında bazarı məlumatlandıracaq”, deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, RV İnvestmentlə bu PSA-ya Zəngilan rayonunda Veynəli və Ağdərə rayonunda Qızılbulaq yataqları da daxil edilib, amma məhz Söyüdlü ən dəyərli yataqlardan biri hesab olunur, çünki ondakı qızılın aşqarı azdır və deməli, onun təmizlənməsi (affinajı) prosesi daha asandır və böyük maliyyə xərci tələb etmir.
Ümumilikdə bu 3 yataq 900 kvadrat kilometrlik müqavilə sahəsinə malikdir.
İndiyədək Kəlbəcər rayonundakı hissə Rusiyanın GeoProMining (“GeoProMayning” MMC – Ermənistan və RF ərazisində işləyir) şirkətinin nəzarəti altında idi.
Rusiya KİV-lərinin noyabrın 27-də yaydığı məlumata görə, “Ermənistanın Azərbaycanın nəzarəti altına keçən Kəlbəcər rayonu ilə dövlət sərhədi “Zod” yatağını iki hissəyə bölüb”.


Ermənistan SQ Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçataryan jurnalistlərə bildirib ki, “GeoProMining əvvəlcədən təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görüb, yolda buraxılış məntəqəsi yerləşdirilib, Azərbaycan hərbiçilərinə isə bunun Rusiyaya məxsus obyekt olduğu barədə xəbərdarlıq edilib”.
Xatırladaq ki, noyabrın 26-da şəbəkədə Azərbaycan hərbiçilərinin bu qızıl yatağının ərazisinə daxil olduğunu əks etdirən video yayılıb.
Noyabrın 26-da axşam saatlarında Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan və Azərbaycanın nəzarəti altına alınmış Kəlbəcər rayonu arasında sərhədin demarkasiyası həyata keçirilir və işlərin bir hissəsi qızıl yatağı zonasından keçir.
Turan bu məsələ ilə bağlı Azərbaycan XİN-ə müraciət edib, amma bu məqalə yazılarkən hələ şərh verilməmişdi.
Ekspertlərin fikrincə, demarkasiya prosesi vaxt tələb edir və deməli, hələlik Söyüdlü yatağının nə vaxt AAM-in balansına veriləcəyini demək çətindir.


Hələlik isə AAM-in əsas əməliyyatları Gədəbəy (735 min unsiya qızıl ehtiyatı, qızıl tərkibi 0,6-0,8 qr/t), Qədir mədənində (ehtiyatları – 267 min unsiya qızıl, qızıl tərkibi 2,4 qr/t) və ümumi sahəsi 2 min kv. m-ə yaxın olan bir sıra digər sahələrdə həyata keçirilir.
AAM Azərbaycanda 2006-cı ildən işlənən zonalardan 2020-ci ildə 70 min unsiyaya yaxın qızıl hasil edə bilər, 2019-cu ilin yekunlarına görə bu göstərici 81,4 min unsiya təşkil edib. Azalma COVİD-19 pandemiyası ilə əlaqədar karantin tədbirlərinin nəticələri ilə əlaqədardır.
Yaxın gələcəkdə AAM işğal edilmiş ərazilərdəki digər iki yataqla bağlı planlarını dəqiqləşdirəcək, amma demarkasiya zamanı “Qızılbulaq”ın Ermənistan tərəfdə qalacağı istisna deyil.
“Veynəli”yə gəlincə, məşhur iqtisadçı, deputat Vüqar Bayramovun sözlərinə görə, Zəngilan rayonu ərazisində tərkibində qızıl olan bu yataq kvars-qızıl-sulfid tərkibli geoloji-sənaye tipli quyulara aiddir.
 “Yataqda 25 qızıl tərkibli kvars quyusu zonası tədqiq edilib, 14, 15, 16, 19, 21 və 24 zonaları üçün C + C2 kateqoriyaları üzrə ehtiyatlar hesablanıb. Veynəli yatağı 1959-1962-ci illərdə kəşf edilib, geoloji kəşfiyyat işləri 1962-1971, 1976-1981 və 1983-1984-cü illərdə həyata keçirilib. Yataq 1984-cü ildə Resurslar üzrə Komissiya tərəfindən qeydiyyata alınıb və Azərbaycan Respublikasının Dövlət mineral resurslar balansına daxil edilib. Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183 000 ton, qızıl 2 169 ton, C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4 347 ton. C1 kateqoriyasına aid gümüş – 0,19 ton; C2 kateqoriyasına aid gümüş – 9,9 ton. C1 kateqoriyasına aid mis – 9,2 min ton, C2 kateqoriyasına aid mis – 2800 ton”, deyə Bayramov AzərTac-a müsahibəsində bildirib.


Onun sözlərinə görə, Ermənistan biznesmenləri və onların bir sıra xarici tərəfdaşları faktiki olaraq 1992-2020-ci illərdə Azərbaycanın işğal edilmiş ərazilərindəki filiz yataqlarını qanunsuz olaraq talan ediblər.
“Belə cinayətkarlardan biri İsveçrənin dünya səviyyəsində məşhur Franck Muller Group saat brendinin banilərindən biri və baş direktoru Vartan Sirmakesdir. “Söyüdlü” və “Veynəli”dən çıxan qızıl faktiki olaraq bu brendin məmulatlarına (18 karatlı qızıl) işlənib, beynəlxalq  birjalarda ən yüksək 999,9 karat əyarlı külçələr şəklində satılıb, Ermənistanın Mərkəzi Bankına aparılıb... Beş il əvvəl Azərbaycan Baş Prokurorluğu Vardan Sirmakesə qarşı cinayət işi açıb və onun barəsində beynəlxalq axtarış elan edib. Təhqiqat materiallarından görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti, xüsusən onun qızıl yatağının qanunsuz işlənməsində iştirakı haqqında kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Konfederasiyasının Baş Prokurorluğuna təqdim edilib”, deyə deputat qeyd edib.
O əlavə edib ki, Azərbaycan prezidentinin sərəncamına əsasən, işğal altında olmuş ərazilərdə Ermənistanın Azərbaycana vurduğu ziyanın kompleks qiymətləndirməsi aparılacaq.
“Bunun əsasında və Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vurduğu ziyan hesablanacaq və düşmən ölkənin, onun keçmiş və hazırki liderlərinin, xarici şirkətlərin və onların rəhbərlərinin məsuliyyətə cəlb edilməsi üçün bütün zəruri tədbirlər görüləcək”, deyə Bayramov qeyd edib.
Mədən  Sovet  ənənəsiilə bölünəcək
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Xidmətinin rəisi Əli Əliyev ASTNA-ya eksklüziv müsahibəsində bildirib ki, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi SSRİ vaxtında keçən xətlə bölündüyü təqdirdə “Zod-Söyüdlü qızıl mədəninin 74%-i Azərbaycanın Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalacaq”.


“Bu yataqda aşqar azdır, qızıl tərkibi çoxdur. Onu istismar etmək asandır. Qafqazda ən böyük yataq olan bu yatağın tərkibində qızıl az olan hissəsi Ermənistanda yerləşir. Bunu bilən erməni biznesmenlər Kəlbəcər rayonunun işğalından istifadə ediblər və intensiv olaraq məhz zəngin Azərbaycan hissəsində, böyük sahədə işləyiblər, bizim zonadan mümkün qədər çox filiz çıxarmağa çalışıblar. Ermənilər yatağın bizə məxsus olan hissəsini məhv etməyə çalışıblar ki, bizə heç nə qalmasın. Amma əminəm ki, 27 illik işğaldan və vəhşicəsinə mənimsənildikdən sonra da Söyüdlü yatağı boş deyil. Biz yaxın aylarda bu zonanın monitorinqinə, ziyanın qiymətləndirilməsinə başlayacağıq”, deyə Əliyev ASTNA-ya bildirib.
Onun sözlərinə görə, Kəlbəcər rayonunda bu yatağın istismarı perspektivlərinin müəyyən texnoloji və digər spesifik məqamları var, onlar haqqında danışmaq hələ tezdir, amma onlar nikbindir.
“Bizim son illər “Zod” (“Sot”) yatağında operator olan Rusiya şirkəti ilə əlaqəmiz olmayıb. Noyabrın 25-dən etibarən Azərbaycan yatağın əsas hissəsi üzərində hüquqlarını özünə qaytarır”, deyə o qeyd edib.
Əli Əliyevin sözlərinə görə, noyabrın 27-də nazirlikdə digər qızıl yatağı – Azərbaycanın Zəngilan rayonunda yerləşən Veynəli ilə bağlı müzakirələr aparılıb.
“Biz onunla bağlı bütün məsələləri qaldırmışıq və artıq yaxın günlərdə onun vəziyyətinin monitorinqinə və qiymətləndirilməsinə başlayacağıq”, deyə o bildirib.


Ağdərə (Tərtər rayonunun ərazisi) yaxınlığındakı “Qızılbulaq” yatağına gəlincə, nazirlik nümayəndəsinin sözlərinə görə, Tərtər rayonunun qalan hissəsi azad edildikdən sonra o da Azərbaycanın yurisdiksiyasına düşür.
“Bu üç yataq – Söyüdlü, Veynəli və Qızılbulaq 1997-ci ilin avqustunda RV İnvestment-lə imzalanmış PSA müqaviləsinə daxildir. Biz özümüz ilkin monitorinq və qiymətləndirmə apardıqdan sonra bu şirkətin mütəxəssislərini  bu yataqların vəziyyətinin qiymətləndirilməsinə cəlb edəcəyik. Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış azad edilmiş ərazilərdəki aktivlərin qiymətləndirilməsi üzrə komissiya fəal işə başlayıb və biz onun işinin, o cümlədən filiz yataqları ilə bağlı işinin nəticələrini daha sonra bölüşəcəyik”, deyə Əli Əliyev bildirib. 
 
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar