Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TANINMIŞ VƏKİL DEPUTATI VƏTƏN XAİNİ ADLANDIRDI - "Saxtakarlıq maskasını tamam ifşa etmişdim"

4-12-2020, 16:24   



"Qardaş dövlət Türkiyə ilə aramızda olan dostluq və qardaşlıq əlaqələrinə paxıllıqla yanaşan vətən xainlərinin sayı getdikcə artır. Bunlardan birinin hazırda Milli Məclisin deputatı olması isə işin ən dəhşətli məqamıdır". 
"AzPolitika.info"nun məlumatına görə, Bu fikirləri tanınmış vəkil Ceyhun Yusifov özünün "Facebook" səhifəsindən deputat Rasim Musabəyovla bağlı paylaşdığı yazıda bildirib. 
Son parlament seçkiləində Rasim Musabəyovun rəqibi olan Ceyhun Yusifov onun mandatının da saxta olduğunu bəyan edib:  "Babası Qəzənfər Musabəyovun da mart soyqırımı vaxtı Bakının hərbi komendantı olduğunu xatırlasaq, əslində, hazırki müsahibəyə də təəccüblənmərik. Deputat seçkiləri vaxtı mənim haqqımı tapdalayan, səslərimi oğurlayıb mənə min cür təzyiqlər etdirən adamdan elə bu hərəkəti gözləmək olardı. Seçkilər vaxtı bu şəxsin yalançı və saxtakarlıq maskasını tamam ifşa etmişdim. Seçkidə isə açıq nokaut vəziyyətinə saldım. Amma təəssüf ki, sonu hamıya məlumdur.
İndi sualım isə Rasim Musabəyova yox, ona himayədarlıq edib, haqqımı alıb ona verənlərədir. Gördünüzmü mənim haqqımı kimə verdiniz? 
Dövlətçilik, millətçilik, ən əsası türkçülük mənim üçün Quran ayəsi qədər müqəddəs olduğunu bilə-bilə mənim haqqımı alıb Rasimə verdiniz. Yəqin bu hamımıza əbədi bir dərs olar.
Tanrı Türkü qorusun, Tanrı millətimi qorusun, Tanrı Prezidentimi qorusun!".
Xatıladaq ki, Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib. Hətta ermənilərin də qayğısına qalaraq, onların bundan narahat ola biəcəyini də ifadə edib. 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar