Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

Noyabr razılaşması pozula bilər: Ermənistan şərtlə danışmağa başlayıb

17-12-2020, 12:46   


44 günlük müharibədə məğlub olan Ermənistan noyabr anlaşmasından bir ay sonra danışıq tərzini dəyişməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Rusiya ilə münasibətlərini qaydaya salan İrəvanın bəzi açıqlamaları isə Azərbaycanı təhdid kimi başa düşülür və ya şərt dilində danışması kimi anlaşılır.
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Fransada nəşr olunan “Le Monde” qəzetinə verdiyi müsahibəsində bir ay öncəki danışıqlar tərzindən xeyli kənara çıxıb. Belə ki, noyabr anlaşmasına əsasən Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından ordusunu çıxarmaq öhdəliyi götürüb. Bu öhdəliyə əsasən təkcə, Ağdam, Kəlbəcər, Laçın deyil, həmçinin Xankəndi və Ağdərəni də tərk etməsi razılaşdırılıb. Lakin gedişat göstərir ki, Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaldan Ermənistanın, digər ərazilərimizdən çıxmaq fikri yoxdur. Üstəlik, Azərbaycanı bir sıra məsələlərdə hədələməkdən də çəkinmir.
JAMAZ.İNFO xəbər verir ki, Ayvazyan “Le Monde”yə verdiyi müsahibəsində Ermənistan ordusunun Qarabağdan çıxmaq məsələsinə toxunub. O iddia edib ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasını yanlış anlayıb və öz istəklərinə uyğun şərh edir. “Həmin razılaşmaya əsasən Ermənistan ordusu Azərbaycan ərazilərindən çıxmalıdır. Və Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirib. Azərbaycan tərəfi noyabr anlaşmasını öz istədiyi kimi şərh edir. Qarabağ Azərbaycan torpağı deyil və Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyi məsələsində geri adım atmaq fikrindən uzaqdır”.
Qeyd edək ki, Ara Ayvazyan müsahibəsində bununla da kifayətlənməyib. Bir qədər də irəli gedərək, təhdid dilində danışmağa başlayıb. Belə ki, erməni nazir Qarabağın müstəqilliyini tanıya biləcəklərini bəyan edib. “Əgər Azərbaycan Dağlıq Qarabağın qaneedici statusu ilə bağlı danışıqlardan imtina edərsə, Ermənistan Qarabağın müstəqilliyi məsələsinə baxacaq”.
Ayvazyan deyib ki, indiyə qədər Qarabağın “müstəqilliyini” tanımamalarının səbəbi, guya, danışıqlar prosesinə olan “sədaqət” nümayiş etdirmək imiş. “Əgər kimlərsə düşünüsə ki, hərbi əməliyyatlardan sonra Qqarabağın statusu məsələsi gündəlikdən çıxıb, səhv edir. Minsk Qrupunun üzvləri də təsdiq ediblər ki, Qarabağın statusu məsələsi danışıqlarda gündəlikdədir və müzakirə olunmalıdır. Bu məsələdə Azərbaycan razılaşmasa, Ermənistan Qarabağın müstəqilliyini tanıyacaq”.
Amma Ayvazyanın erməni həyasızlığı bununla da bitməyib. Ermənistanın XİN başçısı əsir düşən erməni əsgərlərinin guya, Azərbaycan əsgərləri tərəfindən işgəncələrə məruz qaldığını deyib. Bu azmış kimi, onu da iddia edib ki, guya, əsir düşən erməni əsgərlər təhlükəsiz yerlərə aparıldıqdan sonra orada müxtəlif təzyiqlər və işgəncələrlə üzləşiblər. Hətta bununla bağlı beynəlxalq təşkilatlara müraciət edəcəklərini də bildirib.
P.S. Bildirək ki, Ara Ayvazyanın açıqlamaları Azərbaycanla şərt dilində danışmaq tərzidir və yolverilməzdir. Məğlub ölkənin hansısa nazirinin bizimlə belə danışmaq haqqı və səlahiyyəti yoxdur. Əgər ermənilər yenidən müharibə istəyirlərsə, o zaman Azərbaycan da bundan imtina etmir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ermənilər müharibəyə başlayarsa, aqibətləri dəhşətli olacaq. Eyni zamanda, Azərbaycan hökuməti Ayvazyanın sərsəmləmələri və iddialarına cavab verməli, bir çox məsələlərə aydınlıq gətirməlidir.
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar