Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Rus kontingentini Dağlıq Qarabağdan çıxartmaq ya mümkünsüz, ya da həddindən artıq çətin olacaq"

3-01-2021, 16:57   


"Reallıq odur ki, rus kontingentini Dağlıq Qarabağdan çıxartmaq ya mümkünsüz, ya da həddindən artıq çətin olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımlı Araik Arutyunyanın Dağlıq Qarabağda səngərdə duran erməni əsgərləri ilə görüşünü şərh edərkən deyib. 
Politoloq təəssüf hissə ilə Dağlıq Qarabağın geri alına biləcəyini mümkünsüz olduğunu bildirib: "Araik Arutyunyannın məqsədi ortadadır, yenidən ordu qururlar, Rusiya onlara açıq şəkildə dəstək verəcək və bu gözləniləndir. Dağlıq Qarabağ bizim əlimizdən getdi. 26 sentyabrdan bugünkü günün fərqi yalnız ondadır ki, biz müharibə yolu ilə Dağlıq Qarabağı geri ala bilərdik. İndisə bunu edə bilməyəcəyik. Bunu etmək çətin olacaq, çünki biz rus kontingenti ilə baş-başayıq. Əsas fərq budur. Ona görə biz məsələlərdə tam soyuqqanlı olmalıyıq. Sözsüz ki, hansısa notalar verib, etirazlarımızı bildirə bilərik". 
Azər Qasımlı hesab edir ki, artıq müharibə yolu ilə bunun həlli yoxdur: "Bu vəziyyət də Araikə imkan verir ki, bu şəkildə danışsın, qol-qanadını açır, Bilir ki, Azərbaycan tərəfi ona heç nə edə bilməyəcək. Nə onu həbs edəcək, nə də Azərbaycan qanunlarına uyğun olaraq onu hansısa bir şəkildə cəzalandıra biləcək. Bu yaxınlarda Rusiyaya getdi, gəldi. Hansı pasportla getdi? Axtarışda olan adam aeroporta necə girə bilərdi? Biz bunları qəbul etməliyik". 
Politoloqun fikrincə, müharibə deyil, tam əksinə ölkənin daxilində demokratik bir cəmiyyət qurmağa çalışmalıyıq: "İnsan həyatına dəyər verən bir siyasi-iqtisadi sistem qurmağa çalışmalıyıq".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar