Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağda erməni terrorçu öldü: Bakı əməliyyata başlaya bilər

13-01-2021, 12:55   




11:40
Qarabağda ötən gün saat 18 radələrində “hərbi hissələrdən birində” "erməni əsgər" kimi təqdim edilən terrorçu ölüb.
Axar.az xəbər verir ki, bu barədə keçmiş və qondarma “dqr”in separatçı-terrorçuları məlumat yayıb.
Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Qeyd edək ki, Qarabağdakı erməni separatçılarının hələ də guya mövcud olduqlarını göstərmələri, üstəlik, hansısa “hərbi hissə”dən danışmaları həm hazırkı hərbi vəziyyətə, həm də 10 noyabr Bəyanatına qəti uyğun deyil.
10 noyabr bəyanatına görə, Qarabağda – Azərbaycan ərazilərində olan bütün erməni ordusu və erməni silahlıları çıxarılmalı, onların yerində rus sülhməramlıları olmalıdır.
Xüsusilə vurğulayaq ki, Azərbaycan 10 noyabr Bəyanatından sonra Qarabağdakı mümkün erməni silahlısını əsgər kimi deyil, terrorçu kimi tanıyır və buna görə də 11 dekabr antiterror əməliyyatı ilə saxlanılan erməni silahlılarını hərbi əsir saymır, onların terrorçu kimi mühakimə olunacağını elan edir.
Ermənistanın hələ də Qarabağda terrorçu fəaliyyətini davam etdirməsi isə Azərbaycanı rus sülhməramlıların nəzarət etdiyi ərazidə də antiterror əməliyyatı başlatmağa sövq edir.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar